Ölkə futbolu
Qurban Qurbanov Belçikaya getdi
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” bu gün Belçika” çempionatında növbəti oyununa çıxacaq. Komanda 20-ci turda “Kotriyk”lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bu görüşü izləyənlər arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klubun videoanalitik məşqçisi Yanuş Vasilyev də olacaq. Hazırda Türkiyədə toplanışda olan Ağdam klubu günü istirahətə həsr etdiyindən Qurbanovun Belçikaya getməsində problem yaranmayıb.
Qeyd edək ki, “Gent hazırda çempionatın turnir cədvəlində 31 xalla 5-ci, “Kotriyk” isə 18 xalla 15-cidir.
“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.