Ölkə futbolu
Qurban Qurbanov: “Bir az çətinliklərimiz var”
“Maraqlı oyun alındı. Futbolçular bir az çətinlik çəkirdilər. Rəqibin Avtsriyada oynadığı 4-cü oyunu idi. Onların hazırlığı bizdən daha yaxşı səviyyədə idi. Heyətimizdə problemlər var. Bəzi oyunçuları qoruduq, digərlərindən 90 dəqiqə meydanda istifadə edə bilmədik” – bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriyada təlim-məşq toplanışı çərçivəsində Bolqarıstanın ÇSKA klubuna 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Matç 49 yaşlı mütəxəssis üçün vacib imiş: “İstəyirdim ki, futbolçular ilk oyunda həm sürət, həm mübarizə hiss eləsin. Rəqib də demək olar ki, istədiyim komanda idi. Bəlkə də ilk hissədə texniki səhvlərimiz çox oldu. Bu da başadüşüləndi. Hər bir halda oyundan razı qaldım. Sona kimi mübarizə oldu və oyunun sürəti düşmədi. Bir az çətinliklərimiz var. ÇSKA ilə matçda bu, tam hiss olundu. İnanıram ki, yaxın zamanda bunları aradan qaldıracağıq. Oyunu qalibiyyətlə bitirmək tam yerinə düşdü”.