Ölkə futbolu
Qurban Qurbanov: “Şanslarımızdan düzgün istifadə edəcəyik”

“İddialı və maraqlı qrupa düşmüşük”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.
51 yaşlı mütəxəssis təsnifat mərhələsində qarşılaşdıqları rəqiblərin də təhlükəli olduğunu bildirib: “Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. “Bayer” TOP-5 ölkəsinin komandasıdır. “Mölde” və “Haken” də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə qarşıdakı günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir”.
Qeyd edək ki, “Qarabağ” H qrupunda Almaniyanın “Bayer”, Norveçin “Mölde” və İsveçin “Haken” komandaları ilə üz-üzə gələcək.

- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”
- Premyer-liqa2023-12-02 20:28
Tovuzda məhsuldar heç-heçə