Bizi izləyin

Müsahibə

Qurban Qurbanov: “Transferlərə həddindən artıq çox pul istəyirlər”

blank
blank

“Qarabağ”ın futbol komandasının baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”a 3:1 hesabı qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • Toplanışın ilk mərhələsini başa vurdunuz. Hazırlıq prosesini necə dəyərləndirirsiniz?
  • Oyunlaradək razı qaldığım məqamlar olub. Hansı ki, öz proqramımız var. İyulun 22-dək komandanı tam hazır etmək istəyirik. Məşqlərimiz düşündüyümüz kimi gedir. Futbolçular bu il daha yaxşı istirahət etdilər. Toplanışa daha istəkli gəliblər. Həqiqətən hər məşqdən sonra inamlı oluram. Bugünkü matç iyulun 2-də və ya 3-də planlaşdırılmışdı. “Sumqayıt” Türkiyəyə getdiyi üçün proqram dəyişdi. Amma hər bir halda Bakıda iki oyun keçirdik, futbolçulardan istədiyimizi ala bildik. Sadəcə, bu gün iki 45 dəqiqə oynadıq. Qarşılaşma iki gün sonra olsaydı, plan başqa cür idi. Hər oyunun müəyyən faydası olur və çatışmayan cəhətləri görürsən. Çalışırıq ki, yaxşı cəhətləri daha da yaxşılaşdıraq və çatışmazlıqları aradan qaldıraq. İki oyundan razı qaldım.
  • Hamını narahat edən sual var. “Qarabağ” transferlərdə gecikirmi?
  • Bəli. Transferlər gecikir. Mən də istəyirəm ki, daha tez reallaşsın və istədiyimiz oyunçuları əldə edək. Çünki Konfrans Liqasınadək oyunçu nə qədər tez bizimlə olsa, onun performasını yaxşılaşdırmaq üçün əlimizdə böyük şans yaranar. İnanın ki, danışıqlar dayanmır. Daha çox gücü, qüvvəni transfer məsələsinə yönəltmişik. Ola bilər, bir az gec olsun. Amma transfer etməyi planlaşdırırıq və edəcəyik. Sadəcə, bəzən bizdən asılı olmayan nüanslar var. 4-5 futbolçu ilə danışıqlar davam edir.
  • Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağınız İsrailin “Aşdod” klubu barədə nə deyə bilərsiniz? Onların hansısa xüsusi özəllikləri varmı?
  • İsrail futboluna maraq son vaxtlar böyüyüb. Çempionatları həddindən artıq maraqlıdır. Hansısa klubun yaxşı olması üçün çempionatın səviyyəsinin də yaxşı olması vacibdir. İsrail Premyer Liqası son vaxt seçilən çempionatlardan biridir. Komanda üçüncü yeri tutubsa, bu, təsadüf deyil. Bizim üçün çox ciddi rəqibdir. Amma mən həmişə istəmişəm ki, futbolçuların oyunu və performansı daha da yaxşılaşsın. Öz komandamı tam hazırlayandan sonra oyunçulara “Aşdod” barədə məlumat verəcəyəm. Rəqibin oyunlarını izləmişik və futbolçuların da az da olsa məlumatları var. Amma yeni turnirdə hamı yaxşı nəticə əldə etmək istəyəcək. Biz çalışacağıq ki, qüsurları aradan qaldıraq və bu oyuna tam istədiyimiz kimi hazır olaq.
  • Yeni transferlər “Qarabağ”a güc qata biləcəkmi?
  • Bu gün deyə bilmərəm ki, sırf hansısa futbolçunu götürəcəyik. Çünki 3-4 futbolçu ilə danışıqlar gedir. Amma bunların içində ən yaxşısını əldə etmək istəyirsən. Komandaya nə cür fayda verə biləcəklərini deyə bilməyəcəyəm. Maraqlandığımız hər futbolçunun özünəməxsus üstün keyfiyyətləri mövcuddur. Hücum xəttinə mütləq transfer etmək istəyirik. Bu mövqedə minimum bir oyunçunun olması vacibdir. Amma çalışacağıq ki, iki futbolçu əldə edək. Müdafiə xəttinə və yarımmüdafiəyə də yeni futbolçu istəyirik.
  • Kadi Yuri Borqes Malinovski komandaya uyğunlaşa bilirmi?
  • Düşündüyümüzdən daha tez komandaya uyğunlaşacaq. Məşqlərdə hiss edirəm ki, hansısa tapşırıq veriləndə rahat yerinə yetirir. Məncə, tez zamanda uyğunlaşacaq. Sadəcə, fiziki formasından bir az uzaqdır. Bu günə kimi ondan başqa futbol tələb ediblər. Biz isə başqa şeylər tələb edəcəyik. Düşünürəm ki, komandaya faydalı olacaq.
  • Yeni transfer maddi məsələlərə görə gecikir? Yoxsa Azərbaycana gəlmək istəmirlər?
  • Bəzi oyunçuların keçidi maddi məsələlər səbəbindən gecikir. Bu isə futbolçuya görə yox, məhz klubuna görədir. “Qarabağ”ın adına bir az fərqli yanaşırlar. Elə bilirlər ki, 7 ildir avrokubokların qrupunda oynadığımıza görə bizim pulumuz Avropa klubları ilə eyni səviyyədədir. Transerlərə həddindən artıq çox pul istəyirlər. Əlbəttə danışıqlar gedir və məbləğdə müəyyən dəyişikliklər olur. Bu gün yaxşı oyunçunun qiyməti fərqlidir. Sadəcə, bəzən düşündüklərindən artığını istəyirlər. Bəlkə başqa klub istəsə, məbləğ aşağı olacaq. Amma “Qarabağ” istəyəndə görürsən ki, daha artıq məbləğ tələb edirlər. Hər bir halda uyğun qərar verəcəyik. Bizdə də futbolçunun transferi üçün ayrıca məbləğ ayrılmalıdır. Böyük klublarda belədir. Transfer məbləği ilə futbolçunun məbləği arasında çox böyük fərq var. Transfer məbləği hərdən bizə mane olur və futbolçunu götürə bilmirik. Bəzi klublar bizimlə əməkdaşlıq etmək istəyirik və hər varianta əl atırıq. Son vaxtlar müsbət yöndə danışıqlar gedir. Əvvəl-axır bizim klublarımız və futbolumuz da böyüyəcək. Bunun üçün bəzi Avropa standartları ilə ayaqlaşmalıyıq. Klub olaraq bunları rəhbərlik səviyyəsində yoluna qoymağa çalışırıq. Dəfələrlə olub ki, bəzi problemləri aradan qaldıra bilmişik. Amma ölkə klubları olaraq bu addımları atmağa məcburuq. Bunu daha da tezləşdirməliyik.
  • Bu mövsüm də oyunların azarkeşsiz keçirilməsi gözlənilir. Klub olaraq AFFA vasitəsi ilə məsələnin həll edilməsi üçün müraciət etməyi fikirləşirsiniz?
  • Məncə, ehtiyac yoxdur. Hamı bilir ki, azarkeşsiz futbol elə də maraqlı deyil. Avropa çempionatına, sonra isə digər oyunlara baxandan sonra görürük ki, fanatlarsız futbol yaxşı alınmır. Bizdən asılı olmayan nüanslar var. İnsanların sağlamlığını qoruyub saxlamaq lazımdır. Bəzi qaydalara da riayət etmək vacibdir. Mən də çox istərdim ki, azarkeşləri stadiona buraxsınlar. Futbolçular yenidən basqını, tələbləri canlı hiss etsin və meydanda öz potensiallarını göstərməyə gücləri olsun. Ümid edək ki, Avropa çempionatına azarkeşlər buraxılması bizim oyunlarda fanatların iştirakına köməklik edəcək. (Report)
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-15 13:31

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

blank
Digər idman növləri2024-04-15 13:14

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Ölkə futbolu2024-04-15 12:59

Azərbaycanın ev sahibi olacağı mötəbər tədbir bu stadionda keçiriləcək

blank
Digər idman növləri2024-04-15 12:44

Litvalı atlet 38 illik rekordu yenilədi

blank
Digər idman növləri2024-04-15 12:29

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 7 qızıl medal

blank
Digər idman növləri2024-04-15 12:11

Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib

blank
Digər2024-04-15 11:54

WADA 19 apreli dünyada Ədalətli İdman Günü elan edib

blank
Digər idman növləri2024-04-15 11:39

MBA-da çempionat bitdi, bütün cütlüklər məlum oldu

blank
Ölkə futbolu2024-04-15 11:29

“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı

blank
Dünya futbolu2024-04-15 11:20

Çempionluq görüşündə ilk het-trik

blank
Dünya futbolu2024-04-15 11:03

“Liverpul” üçün uğursuz seriya

blank
Ölkə futbolu2024-04-15 10:48

Rahil cəzalandı, komandası qalib gəldi

blank
Digər idman növləri2024-04-15 10:34

Abasovun növbəti sınağı

blank
Ölkə futbolu2024-04-15 10:17

“Qarabağ” üçün daha iki potensial rəqib

blank
Ölkə futbolu2024-04-15 10:03

Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı

blank
Ölkə futbolu2024-04-15 09:47

Musasız qələbə

blank
Layihə2024-04-15 09:30

Səhər idmanı: aktiv həyat tərzi üçün

blank
Dünya futbolu2024-04-15 09:11

“Vest Hem” məşqçisin dəyişmək istəyir

blank
Digər idman növləri2024-04-15 08:45

Nicatdan növbəti heç-heçə

blank
Ölkə futbolu2024-04-15 08:00

Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı

blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm