Dünya futbolu
Qvardiol “Leypsiq”də xoşbəxtdir, amma…
“Leypsiq”in mərkəz müdafiəçisi Yoşko Qvardiol “Çelsi”nin ona maraq göstərməsi ilə bağlı danışıb. Xorvatiya yığmasındakı inamlı oyunu ilə yenidən diqqətləri üzərinə çəkən futbolçu bundan xəbərsiz olduğunu bildirib.
Futbolinfo.az xəbər verir ki, Qvardiol xəbəri təkzib də etməyib: “Çülsi”yə transfer oluna bilərəmmi? Cavab vermək üçün qəti fikrim yoxdur. Son bir neçə ayda nələr olduğunu bilirsiz. Heç bir fikrim olmadığından hadisələrin gedişinə baxmaq lazımdır. Menecerim məşğul olacaq. “Leypsiq”də xoşbəxtəm, vəziyyət dəyişərsə, ona uyğun qərar verəcəm. İndiki anda borcum klub üçün ürəklə oynamaqdır”.
Xorvat müdafiəçi Londona yollanmağı istisna da etmir: “Əlbəttə, “Çelsi” böyük klubdur. Bəlkə də bir gün orada olaram. Mənimlə maraqlanmaları xoşdur. Orada yığmadakı komanda yoldaşım Mateo Kovaçiçin çıxış etdiyini nəzərə alsaq, maraqlı variantdır. Onunla bu barədə danışıram”.
“Leypsiq” 20 yaşlı futbolçusunü satmağın əleyhinə deyil. Amma transfer qiymətinin 60 milyon avro olması üzündən danışıqlar uzanır.