Dünya futbolu
Qvardiola: “Bunu hər zaman yalnız “Real” bacara bilər”
Xosep Qvardiola Çempionlar Liqasını qazanmaq şanslarından danışıb. “Mançester Siti”nin baş məşqçisi bu titulu qazanmağa məcbur olmadığını, amma arzuladığını deyib.
Futbolinfo.az xəbər verir ki, Qvardiola ÇL-də uğura ən yaxın komandanın “Real” olduğunu düşünür: “Burada olduğum üçün xoşbəxtəm. İngiltərəyə gələrkən bütün titulları qazanmağa məcbur olduğumu düşünməmişdim. Çempionlar Liqasını 3-4 dəfə əldə etməyi də qarşıma məqsəd qoymayıblar. Zatən bunu hər zaman yalnız “Real” bacara bilər. İndi də madridlilər favoritdir”.
Bununla belə, Pep titulu əldə etmək üçün çalışacaqlarını deyir: “Son iki mövsümdə Çempionlar Liqasını qazanmağa çox yaxın idik. Yaxşı matçlarımız oldu. Şansımızdan yenə sona kimi istifadə edəcəyik”.