Dünya futbolu
Qvardiola: “Kanselo hər zaman oynamaq istəyir”
Xosep Qvardiola Joao Kanselo haqda danışıb. “Mançester Siti”nin baş məşqçisi komandanı tərk edən portuqaliyalının gedişinin səbəblərini sətiraltı ifadələrlə göstərib.
Futbolinfo.az xəbər verir ki, çalışdırıcı ilə münasibətləri qaydasında olmayan cinah müdafiəçisi “şəhərlilər”dən ayrılmaq istədiyini rəhbərliyə bildirmişdi. Klub da Portuqaliya millisinin üzvünü satınalma bəndi nəzərdə tutulmaqla, mövsümün sonunadək “Bayern”ə icarəyə verdi. Münhenlilər ondan razı qalarsa, yayda birdəfəlik transfer edə bilər.
Qvardiola Joaonun Mançesterdə xoşbəxt olmadığını bildirib: “Kanselo hər zaman oynamaq istəyir, xoşbəxt olmaq üçün buna ehtiyacı var. Ümid edirəm, Almaniyada bu şansı qazanacaq”.
Pep yeni mövsümdə nə olacağını bilmədiyini deyib: “İş əxlaqı, motivasiyası, bacarığı haqqında heç bir pis söz söyləyə bilmərəm. Yayda hansı addımı atacağımıza baxacağıq”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…