Digər idman növləri
Rəcəbli 9-cu dəfə Avropa çempionu oldu

Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatının ilk yarış günü keçirilib.
Futbolinfo.az xəbər verir ki, 8 iyunda M5, M6, və M7 yaş kateqoriyaları üzrə 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Veteran cüdoçularımız yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb.
M7 kateqoriyası üzrə -90 kq. çəki dərəcəsində mübarizə aparan veteran cüdoçumuz Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, idmançımızın usta cüdoçular arasında Avropa çempionatlarında qazandığı 9-cu qızıl medal olub.
M6 yaş kateqoriyası üzrə +100 kq. çəkidə yarışan cüdoçumuz Qabil Qasımov bürünc medala layiq görülüb.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Ölkə futbolu2023-09-14 09:30
Melano “Neftçi”yə Korreanın məsləhəti ilə gəlib