Bizi izləyin

Premyer-liqa

Rəşad Sadıqov: “Belə çətin səfərdən qələbə ilə qayıtmaq xoşdur”

blank
blank

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün gərgin oyun oldu. Çempionatın sonuna yaxınlaşdıqca, futbolçuların üzərində əlavə psixoloji təzyiq olur. Bunu ilk hissədə də gördük. Birinci yarının çətin keçəcəyini gözləyirdik. İkinci hissədə daha böyük qüvvə ilə hücum etməyi planlaşdırırdıq. Sevindirici haldır ki, istəyimizə nail olduq. Qələbə qazanmasaydıq belə, futbolçularımdan razı qalacaqdım”.

40 yaşlı mütəxəssis bildirib ki, bu, 3-cü yer və avrokuboklar üçün önəmli qalibiyyət idi: “Futbolçular ruhdan düşmədilər, mübarizə apardılar. Ən əsası da odur ki, kor-koranə hücum etmədik. Belə çətin səfərdən qələbə ilə qayıtmaq xoşdur. “Sumqayıt” ötən tur “Qəbələ”yə qarşı yaxşı oynamışdı. Hiss olunur ki, komandada canlanma var”.

Sadıqov Coşqun Diniyevin çıxışını da dəyərləndirib: “Ehtiyatda oyunçumuz var idi. Sadəcə, əvvəlcə hücum xətini gücləndirdik. Ön xətdə kreativliyi artırmaq üçün Davit Volkov və Ahmed Ayzayanı meydana buraxdıq. Daha bir əvəzetməmiz qalmışdı. Matçın sonlarına yaxın Coşqun Diniyev yorulmuşdu ki, bu da başadüşülən idi. Çünki həm kubok görüşündə, həm də bugünkü qarşılaşmalarda ilk dəqiqələrdən xeyli güc sərf etmişdi. Onu 5-10 dəqiqə tez də əvəzləmək olardı. Amma yaxşı keçirdiyi oyunlardan biri oldu. Top itkilərinə yol verməsi normaldır. Aparıcı futbolçudur. Hücumların qurulmasına yaxından iştirak edir. Əsas futbolçunun oyuna yanaşması və verilən tapşırıqları icra etməsidir. Bu mənada hər hansı problem hiss etmədim”.

Baş məşqçi “Neftçi”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununa da toxunub: “Bu, elə bir oyun idi ki, indiki halda başqa matçı fikirləşə bilməzdik. Kubok görüşlərində şanslar bərabərdir. Uduzdun, kənarda qalırsan. Finala çıxmaq belə, avrokuboklara vəsiqəni təmin etmir. Mənim üçün avrokubok yolunda bu qarşılaşma daha önəmli idi. Bu gün bütün fikrimiz bura verdik. Bundan sorna “Neftçi”yə qarşı cavab matçını fikirləşəcəyik. Qarşıda 4 gün var. Rəqib də az güc sərf etməyib. Düşünürəm ki, hər iki komanda üçün şərtlər eyni olacaq. Daha soyuqqanlı və inamlı oynayan komanda növbəti mərhələyə adlayacaq”.

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa isə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Düzdür, qapıçımız Andrey Popoviç bir neçə epizodda bizi qoldan xilas etdi. Buna baxmayaraq, komanda oyunu və meydanda olan bütün amillər onu deməyə əsas verir ki, məğlubiyyətə layiq deyildik”.

Belaruslu mütəxəssis meydanda birlik və istək göstərdiklərini bildirib: “Amma oyunlarda xal qazanmaq istəyiriksə, bir yox, yarım epizodlardan da yararlanmalıyıq”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-02-18 19:39

Əli Şükürlü Avropa çempionatında mübarizəyə qoşuldu

blank
Premyer-liqa2024-02-18 19:18

“Neftçi” “Zirə”yə qalib gəlir – YENİLƏNİR

blank
Premyer-liqa2024-02-18 19:14

“Zirə” ilə oyundan sonra bərpa ola bilmədik” – Samir Abasov

blank
Premyer-liqa2024-02-18 18:41

“Ən yaxşı hücumlar bizdə oldu” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-02-18 18:22

“Sumqayıt” – “Turan Tovuz” matçında heç-heçə – VİDEO

blank
Dünya futbolu2024-02-18 18:06

Şahruddinin səhvini bu dəfə bağışlamadılar

blank
Premyer-liqa2024-02-18 17:27

“Sumqayıt”la “Turan Tovuz”dan heç-heçə

blank
Əvəzedicilər2024-02-18 17:19

“Sabah”ın əvəzedicilərindən inamlı qələbə

blank
Dünya futbolu2024-02-18 16:44

“Aston Villa” “Liverpul”un rekordunu təkrarladı

blank
Dünya futbolu2024-02-18 15:17

“Bayer” rekordu təkrarladı

blank
Ölkə futbolu2024-02-18 14:32

Azərbaycan millisinin üzvü minifutbol komandasına keçdi

blank
Digər idman növləri2024-02-18 13:30

“Sərhədçi”də bir ayrılıq, bir yeni basketbolçu

blank
Digər idman növləri2024-02-18 13:00

Millimizdən yoxlama oyununda inamlı qələbə

blank
Dünya futbolu2024-02-18 12:00

Dadaşov qol vurdu, komandası qələbə qazandı

blank
Digər idman növləri2024-02-18 11:30

AÇ-nin sonuncu günündə daha 4 güləşçimiz medal qazana bilər

blank
Digər idman növləri2024-02-18 11:00

AÇ-də uğur qazanmış qadın güləşçilər vətənə qayıtdılar

blank
Digər idman növləri2024-02-18 10:31

“Böyük Dəbilqə”: Daha 8 cüdoçumuz mübarizəyə qoşulur

blank
Digər idman növləri2024-02-18 10:00

Vüqar Şirinlidən Almaniyada gümüş medal

blank
Dünya futbolu2024-02-18 09:30

Azərbaycan sumoçularından Avropa kubokunda 3 medal

blank
Premyer-liqa2024-02-18 09:00

“Sumqayıt” “Turan Tovuz”a, “Neftçi” “Zirə”yə qarşı

blank
Ölkə futbolu2024-02-18 08:00

“Sabah” özünə gəlir, rəqibləri yol açır

blank
Dünya futbolu2024-02-18 02:36

“Atletiko”dan darmadağın, “Barselona”dan çətin qələbə

blank
Dünya futbolu2024-02-18 02:23

“Yuventus” səfərdə, “Napoli” evdə xal itirdi

blank
Dünya futbolu2024-02-18 02:08

PSJ-dən inamlı qələbə

blank
Dünya futbolu2024-02-18 01:57

“Borussiya” xal itirdi, “Bayer” növbəti qələbəsinə sevindi

blank
Dünya futbolu2024-02-18 01:40

Çempion “Çelsi” ilə oyunda xal itirdi, “Arsenal”la “Liverpul” darmadağına sevindilər

blank
Dünya futbolu2024-02-18 01:18

Renatın komandasından xal itkisi, “Fənərbaxça”dan inamlı qələbə

blank
Dünya futbolu2024-02-18 00:52

Şeydayevlə İsgəndərli oynadı, Həsənalızadə…

blank
Digər idman növləri2024-02-18 00:21

BCF prezidenti milli komandaların Təlim-Məşq Mərkəzində

blank
Digər idman növləri2024-02-18 00:07

AÇ: Azərbaycan güləşçilərindən daha 3 medal

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm