Premyer-liqa
Rəşad Sadıqov: “Cütün taleyi ikinci görüşdə həll olunacaq”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Kubokda ilk matçlardan sonra şərh verməyi sevmirəm. Cütün taleyi ikinci görüşdə həll olunacaq. Meydanda amansız mübarizə gedirdi. Birinci matçda işimizi gördük. Artıq Premyer Liqada “Şamaxı” ilə oyunu düşünməliyik. Kubokda, sadəcə, ilk hissəni oynamışıq”.
Sadıqov hər iki komandanın bir-birinə oynamaq üçün imkan vermədiyini diqqətə çatdırıb.
Baş məşqçi Felipe Paxtmanın zədələnməsi barədə də danışıb: “Bu, bizi məyus edir. Onun istedadına inanıram. Ümid edirəm ki, bu zədələr geridə qalacaq və oyunçu potensialını tam ortaya qoyacaq”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…