Premyer-liqa
Rəşad Sadıqov: “Risk etdim və uğurlu alındı”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Vacib oyunda qələbə qazandıq. Konfrans Liqasına vəsiqəni təmin etmişik, amma üçüncülük uğrunda mübarizə davam edir.
İlk hissədə üstün oynadıq. İkinci yarıda rəqib ərazi üstünlüyünə malik idi. “Sabah” komandası məğlub durumda olanda heç-heçə də bizə sərf edirdi. Bu zaman risk etdim və Ramin Əhmədovu meydana buraxdıq. Bu da uğurlu alındı”.
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Ölkə futbolu2024-01-15 20:29
Qurban Qurbanovdan transfer açıqlaması
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR