Ölkə futbolu
Rafael Ağayev titul görüşünə çıxacaq: “Hər kəs dua etsin”
Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat”da ağır çəkidə titul görüşünə çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Ağayev dekabrın 17-də ABŞ təmsilçisi Raymond Danielslə qarşılaşacaq.
37 yaşlı idmançı “İnstagram” hesabında hər kəsdən dua etməsini xahiş edib:
“Allah utandırmasın. Hər kəs dua etsin. Əlimdən gələni edəcəm. Bu kəməri qazansam, yeni versiya üzrə dünya çempionu olacam”.
- Premyer-liqa2024-02-02 15:51
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-02-01 08:00
Qonaqların istədiyi kimi: Abasov matçdan öncə uduzmuşdu
- Müsahibə2024-02-02 11:07
Qurban Qurbanov: “Şəxsi maraqlara görə səhv qərar vermək olmaz”
- Milli komanda2024-02-01 09:07
De Byazi: “Azərbaycan millisində hələ də maraqlı elementlər var”