Bizi izləyin

Müsahibə

Rahid II Liqada çempionluq istəyir: “Futbolu elə Qusarda bitirməyim düzgün olar”

blank
blank

Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda II Liqada çıxış edən “Şahdağ Qusar”ın kapitanı Rahid Əmirquliyevin futbolinfo.az saytına müsahibəsi

– Ötən mövsüm bitəndən sonra karyeranızı bitirdiyinizi açıqladınız. 34 yaşda futbolla vidalaşmaq istəyiniz nə ilə bağlı idi?

– Düzdür, ötən mövsümün sonunda karyeramı başa çatdırmağa qərar verdim. Bəlkə də 1 il hansısa klubda ola bilərdim, amma oynamağımı deyə bilmərəm. Çünki keçən mövsüm son 6 ayda oynamadım. Çempionatda cəmi 1 matçda meydana çıxmışdım. Ehtiyat oyunçular skamyasında vaxt keçirməkdənsə, fikirləşdim ki, artıq bəsdir. Həm də digər klublardan real təklif yox idi. Bunlara görə davam etməməyi lazım bildim.

– Karyeranızı bitirdikdən sonra bütün fikrinizi məşqçiliyə yönəldəcəyinizi gözlədiyimiz anda məlum oldu ki, II liqada “Şahdağ Qusar”ın formasını geyinəcəksiniz. Fikrinizi dəyişməyə sizi nə və kim vadar etdi?

– Karyeramı bitirdiyimi açıqlayan kimi məşqçiliyə başladım. “Səbail”in aşağı yaş qrupunda məşqçi kimi fəaliyyət göstərirəm, U-19-da köməkçi məşqçiyəm. C kateqoriyam var. Gələcəkdə Allahın izni ilə B kateqoriyasını almağı düşünürəm. Futbolçu karyeramı bərpa etməyə gəlincə, açığı, belə bir fikrim yox idi. “Şahdağ Qusar”ın fəaliyyətini bərpa etdiyindən xəbər tutdum. Bilirsiniz ki, çoxdandır “Şahdağ Qusar”ın fəaliyyəti dayanmışdı, komanda heç bir liqada çıxış etmirdi. Bu klub mənim üçün doğmadır, futbolçu karyerama məhz orada başlamışam. Bu mənada “Şahdağ Qusar”ın fəaliyyətini bərpa etməsi məni çox sevindirdi. Baş məşqçi Bəhram Şahquliyev kəndçim və birinci məşqçimdir. Onunla görüşüb danışdıq. Mənə təklif etdi ki, gəl, “Şahdağ Qusar”ın içində ol, yeni komanda yaradırıq. “Şahdağ Qusar” mənə doğma olduğu üçün “yox” deyə bilmədim. Karyerama bu komandada başladığım üçün fikirləşdim ki, futbolu elə “Şahdağ Qusar”da bitirməyim düzgün olar.

– II Liqa start götürdü və ilk turda səfərdə “Ağdaş”la qarşılaşdınız. Oyunun gedişində 2 top fərqilə hesabda geri düşsəniz də, tarazlığa bərpa edə bildiniz. Matç haqda nə deyə bilərsiniz və “Şahdağ Qusar”ın gələcəyini necə görürsünüz?

– İki top buraxsaq da, həvəsdən düşmədik və hesabı bərabərləşdirə bildik. Hətta qələbə qolunu da vurmaq üçün imkanlarımız oldu, ancaq istifadə etməyi bacarmadıq. Meydança amili oyunumuza təsir etdi. Ot örtüyü pis vəziyyətdə idi. O cür meydançalarda futbol oynamaq çox çətindir. Ümumilikdə ilk oyun bizim üçün pis keçmədi. “Şahdağ Qusar” yeni yığılmış komandadır, əksəriyyəti təzə uşaqlardır, amma heyətimizdə köhnə futbolçular da var. Sadəcə, mütəmadi məşq etmədiyimiz üçün hələ bir-birimizi meydanda yaxşı başa düşmürük. Məqsədimiz II liqada çempion olmaq və I liqaya yüksəlməkdir. Bir sözlə, Qusara böyük futbolu qaytarmaq istəyirik, camaat darıxıb. “Şahdağ Qusar”ı yaxın illərdə Premyer Liqada görmək ümidindəyik.

– “Şahdağ Qusar”a nəvaxta qədər kömək etməyi düşünürsünüz?

– Bunu indidən deyə bilmərəm. II liqada “Şahdağ Qusar”a xeyir vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Allahın izni ilə çempion olub I liqaya çıxarıq, ondan sonra düşünərəm. Həmin vaxt gücüm olacaqmı, komandaya xeyir verə biləcəmmi? Əsas bunlara baxmaq lazımdır. Gücüm olsa, komandaya faydam dəysə, oynamağa davam edəcəyəm. Əksi olsa, futbolçu kimi yox, başqa cür kömək əlimi uzadacağam.

– Maraqlıdır ki, II liqanın yaradılması, I liqaya yeni klubların cəlb olunmasından sonra bir çox bölgələrə futbol qayıtdı. Ancaq vaxtilə oynadığınız Lənkəran şəhərini yeni liqalarda heç bir komanda təmsil etmir. Bu, sizi kədərləndirmir?

– Bayaq da dediyim kimi, komandaların sayının çox olması yaxşı haldır. Bunun sayəsində əksər rayonlara futbol qayıdıb. Bölgələrdə futbola həmişə həvəs olub, azarkeşlər stadionları doldurublar. Çox üzücü haldır ki, Lənkəranı bu liqalarda heç bir klub təmsil etmir. O qədər lənkəranlı azarkeşi futbolsuz qoymaq düzgün deyil. Lənkəran əhli futbolla nəfəs alır. Problemin konkret nədən qaynaqlandığını bilmirəm. Amma Lənkəranda komandanın olmaması məni çox üzür. O azarkeşlər bu vəziyyətə layiq deyillər.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Milli komanda2023-12-01 23:57

Millimiz B Liqasına vəsiqə qazandı

blank
Dünya futbolu2023-12-01 23:38

Diniyev hesabı açdı, komandası qalib gəldi

blank
Digər idman növləri2023-12-01 23:20

“Xəzri” çempionatın vahid lideri oldu

blank
Digər idman növləri2023-12-01 23:10

“Murov”dan çətin qələbə

blank
Dünya futbolu2023-12-01 23:00

Konfrans Liqası: Həftənin oyunçusu açıqlandı

blank
Dünya futbolu2023-12-01 22:45

Yusuf Fransa klubunun tarixinə düşdü

blank
Dünya futbolu2023-12-01 22:30

Avroliqada ən yaxşı bəlli oldu

blank
Dünya futbolu2023-12-01 22:14

Ten Haqdan Onanaya dəstək

blank
Dünya futbolu2023-12-01 22:00

Vlahoviç “Yuventus”da qalır

blank
Ölkə futbolu2023-12-01 21:44

Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı

blank
Dünya futbolu2023-12-01 21:31

“Bayer” 29 il sonra rekordunu təkrarladı

blank
Dünya futbolu2023-12-01 21:16

ÇL-də həftənin ən yaxşısı bəlli oldu

blank
Digər idman növləri2023-12-01 21:01

Azərbaycanın daha iki güləşçisi Bakıdakı DÇ-də medal qazandı

blank
Əvəzedicilər2023-12-01 20:42

Əvəzedicilərin yarışında 15-ci turun təyinatları açıqlandı

blank
Premyer-liqa2023-12-01 20:20

“Qarabağ” – “Qəbələ” matçının hakimləri müəyyənləşdi

blank
Dünya futbolu2023-12-01 20:08

Maldini: “Klubda “Milan”ın tarixini bilməyən insanlar var”

blank
Digər idman növləri2023-12-01 19:53

Azərbaycanlı basketbolçunun inkişafı yüksək qiymətləndirildi

blank
Dünya futbolu2023-12-01 19:35

Arda Turanı müflis etdilər

blank
Digər idman növləri2023-12-01 19:17

Taysondan 450 min dollar istəyirlər – bir neçə yumruğa görə

blank
Digər idman növləri2023-12-01 19:00

Nadal iştirak edəcəyi ilk turnirin adını elan etdi

blank
Ölkə futbolu2023-12-01 18:40

“Sumqayıt”ın Müşahidə Şurasının iclası keçirilib, sədr dəyişib

blank
Ölkə futbolu2023-12-01 18:23

Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”

blank
Ölkə futbolu2023-12-01 18:00

Eriksen “Qarabağ”la oyun haqda danışdı: “Məhv olmuşam”

blank
Dünya futbolu2023-12-01 17:42

Millimizin hücumçusu “Hatayspor”un bugünkü oyunu buraxacaq

blank
Digər idman növləri2023-12-01 17:23

Avarçəkənimiz Monakoda yarışacaq

blank
Digər idman növləri2023-12-01 17:00

Atletlərimiz qran-pridə iştirak edəcək

blank
Digər idman növləri2023-12-01 16:41

Bərdədə uşu-sanda yarışı

blank
Dünya futbolu2023-12-01 16:22

“Liverpul” rekordunu təkrarladı

blank
Digər idman növləri2023-12-01 16:00

Millimizin üzvü kritik vəziyyətdə Bakıya çatdırıldı, əməliyyat olundu

blank
Digər idman növləri2023-12-01 15:42

Velosiped məşqçiləri üçün texniki kurslar keçirilib

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

Facebook

Gündəm