Ölkə futbolu
Ramil Şeydayev “Neftçi”yə keçməyəcək, Emin Mahmudov isə qərar verməlidir
Ramil Şeydayev “Neftçi”də oynamayacaq. Millimizin hücumçusu “Qarabağ”la müqavilə müddətini uzatmaqdan boyun qaçırsa da, bu, paytaxt klubuna keçidi ilə bağlı deyil.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Neftçi”nin idman direktoru Zaur Əzizov məlumat verib: “Şeydayevin “Neftçi”yə keçəcəyi ilə bağlı yayılan xəbərlər şayiədir. Sözsüz ki, milli komandamızın üzvlərini heyətimizdə daha çox görmək istəyirik. Söhbət “Neftçi”dən gedirsə, burada ən yaxşılar olmalıdır. Ramillə bağlı hansısa addım atılmayıb, komanda daxilində düşünülməyib. Heç bir məsələ yoxdur. Düşündüyümüz adlar var. Amma Ramillə bağlı hansısa addım yoxdur”.
Klub televiziyasında danışan Əzizov kapitan Emin Mahmudovun müqavilə müddətini uzatmamasına da aydınlıq gətirib: “Emin “Neftçi” üçün çox dəyərli futbolçudur. Onunla müqavilə müddətinin uzadılması ilə bağlı danışıq aparırıq. Hazırda ciddi fikir ayrılığı yoxdur. Heç kim düşünməsin ki, Emin özünə başqa komanda axtarır. O, daha çox şəxsi həyatı ilə bağlı planları necə quracağına qərar vermək istəyir. Emin özü də demişdi ki, həmişə müqaviləm başa çatdıqdan sonra onu uzadıram. O, heç bir klubla danışıq aparmır. Özü də “Neftçi”də qalmaq istəyir”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib