Bizi izləyin

Layihə

Ramiz Məmmədov: “Şamaxı” Şamaxıya mərhələli şəkildə köçəcək”

blank
blank

“Şamaxı” Futbol Akademiyasının Bakı üzrə rəhbəri və klubun İdarə Heyətinin üzvü Ramiz Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– Klubun Bakıda fəaliyyət göstərən aşağı yaş qrupu komandalarında ümumi vəziyyət necədir?

– Hər şey yaxşıdır. AFFA-nın baş katibi Sərxan Hacıyev bugünlərdə bizi qəbul elədi. Sağ olsunlar, qısa zamanda bizim üçün meydança təşkil ediblər.

– Bakıda hansı yaş qrupları hazırlaşır və ümumi neçə futbolçu var?

– Burada beş yaş qrupu hazırlaşır. Bunlar 14, 15, 16, 17 və 19 yaşlılardır. Təxminən 130-a yaxın futbolçumuz var.

– Məşqləri harada keçirsiniz?

– Demək olar ki, paytaxta səpələnmişik. “ASK Arena”da da, məktəb həyətlərində də məşq edirik. Əvvəlcə köhnə “Neftçibaza”da məşqlər keçirdik. Oqtay Abdullayev dəstəyini bizdən əsirgəmədi. Uşaqlar üçün orada yaxşı şərait yaratdılar. Daha sonra ora Azərbaycan Cüdo Federasiyasına verildi. Orada ciddi təmir işləri gedir. Bu proseslər bitdikdən, ot örtüyü dəyişdirildikdən sonra ora qayıdacağıq.

– Meydança hazır olduqdan sonra bütün yaş qrupları orada məşq edəcək?

– Bəli. Artıq ayrı-ayrı meydançalarda hazırlaşmağa ehtiyac qalmayacaq.

– Fərqli meydançalarda məşqlər keçmək çətin olmur?

– Çətin olan işdən insan maksimum zövq alır. Biz çətinliyə sinə gərməyə öyrəşmişik. Azərbaycan futbolunun inkişafını, daha yaxşı uşaqların yetişməsinə töhfə vermək istəyiriksə, bütün əziyyətlərə dözməliyik. Qısamüddətli çətinlikdir, inanıram ki, bu dönəmdən uğurla keçəcəyik. AFFA da, klub rəhbərliyi də dəstəyini əsirgəmir. Tezliklə hər şey öz qaydasına düşəcək.

– Şamaxıda daha aşağı yaş qrupundan ibarət 4 komandanız fəaliyyət göstərir. Onlarla işi necə qurursunuz?

– Oranın rəhbəri olan Vəli Qasımovla futbol oynayan vaxtdan bir yerdəyik. Burada da yaddan çıxacaq, görülə bilməyəcək bir iş yoxdur. Lazımı vaxtlarda Vəli müəllimlə təmasda oluruq. O da Şamaxıda işinin öhdəsindən yüksək səviyyədə gəlir. Ora əlavə kiminsə baxmasına heç ehtiyac qalmır.

– Bölgədən Bakıya gələn uşaq varmı?

– Bir-iki uşaq var idi. İsmayıllı zonasından gələn də var idi. Amma hələ tezdir. Yaş qruplarını yavaş-yavaş Şamaxıya ötürməyə çalışırıq. Rəhbərlik futbolun inkişafını Şamaxıda nəzərdə tutub. Bölgələrdə futbolun inkişafına diqqəti artırmalıyıq. Bakıda onsuz da lazımi qədər komandalarımız var. Yaş qruplarımızı hissə-hissə Şamaxıda təkmilləşdirməyi planlaşdırırıq.

– Yəni Bakıdakı komandaları da Şamaxıya köçürmək fikrindəsiniz?

– Bəli. Ancaq bu işi hissə-hissə görəcəyik. Məsələn, hazırda Şamaxıda dörd yaş qrupu varsa, bunu yavaş-yavaş 5-ə, 6-ya yüksəltməyi planlaşdırırıq. Beləcə bütün kollektivi orada cəmləşdirəcəyik. Sədəcə, bu işdə tələsməyəcəyik. Tələsik işdə nəticə olmur. Klub rəhbərliyi də işi çox gözəl aparır. Məncə, hamı “Şamaxı”da görülən işlərdən razıdır.

– Bakıdakı uşaqları Şamaxıya aparmaq çətin olmayacaq? Valideynlər buna razılıq verəcəklər?

– Hazırda Şamaxıda 10, 11, 12 və 13 yaşlılardan ibarət komandalar çıxış edir. 13 yaşlılar gələn il U-14 komandasını formalaşdırmalıdırlar. İldən-ilə uşaqlar böyüdükcə yuxarı yaş qrupları da orada çıxış edəcək. Biz bazanı bu qaydada ora köçürməyi düşünürük. Yerli uşaqların hesabına bunu edəcəyik. 18-19 yaşlı uşaqlar da gələn il əvəzedici heyətə cəlb olunacaqlar. Əvəzedicilərdən isə əsas kollektivə düşməyənlərlə yollarımızı ayıracağıq.

– Əsas çətinlikləriniz nələrdir?

– Açığı, heç bir çətinlik hiss etmirik. Komandalar təpədən-dırnağa qədər ən yüksək səviyyədə geyimlərlə təmin olunub. Doğrudur, bir-birimizdən uzaqda məşqlər keçirik. Ancaq başda özüm olmaqla, məşqçilərimiz bölünüb, bütün məşq proseslərinə izləyirik. Heç bir problemlə də üzləşmirik.

– Adətən aşağı yaş qrupları məşqçilərinə uşaqların valideynləri problem yaradırlar. Sizdə vəziyyət necədir?

– Elə sizin vasitənizlə “Şamaxı”nın aşağı yaş qruplarındakı bütün uşaqların valideynlərinə minnətdarlığımı bildirirəm. Onlar bizimlə bərabər bu çətinliyə dözdülər. Heç kim övladını klubdan götürmədi. Bəlkə də kimlərinsə belə fikri var idi. Amma onlarla da görüşlər təşkil etdik, çətinliklərin müvəqqəti olduğunu başa saldıq. Onlar klubun ənənəsini pozmadılar, uşaqlar da öz dostlarından ayrılmadılar.

– Uşaqlar gələcək üçün ümid verirlərmi?

– Qabiliyyəti, perspektivi olmayan uşaqları akademiyada saxlamırıq. Bu klubun böyük tarixi var. “Xəzər Universiteti”ndən qoyulan təməlin ardı “İnter”, “Keşlə” adları ilə gəldi. Azərbaycan futbolunda bu klubun yetişdirdiyi uşaqlar bütün milli komandalarda çıxış edirlər. Aşağı yaş qrupu yığmalarına da çağırılan çox sayda perspektivli uşaqlarımız var. İnanıram ki, həm onlar, həm də digər yetirmələriniz daha da artırıb, gələcəkdə yığmamıza öz töhfələrini verəcəklər.

– Aşağı yaş qruplarında yaxın gələcəkdə “Şamaxı”nın əsas komandasını gücləndirəcək səviyyədə uşaqlar var?

– Əlbəttə ki, var. Belə uşaqlarımız çoxdur. Bu say bizə yetərlidir. Həm gənclər komandamız, həm də əvəzedici heyətimiz var. Əminəm ki, burada yetişənlər A komandasının məşqçiləri Vüqar Əsgərli və Cavid Hüseynova lazım olacaqlar. Klub öz işini görür. Müəyyən çətinlik var. Ancaq əziyyət heç vaxt itmir. Bunun da bəhrəsini görmək çox sevindirici, qürurverici olur.

– “Şamaxı”nın əsas komandasının Premyer Liqadakı çıxışına necə qiymət verirsiniz?

– Rəhbərlik ilk gündən infrastrukturu mükəmməl qurdu. Dəvət olunan məşqçilər, yığılan İdarə Heyəti tam yerinə düşdü. Bir sözlə, rəhbərlik hədəfə düşə bildi. Bu gün də bunun bəhrəsini görürük. Komanda öz oyunu ilə Azərbaycan futbol azarkeşlərini sevindirir. Demirəm ki, çox böyük işlər görmüşük. Amma Azərbaycan və Şamaxı futbolunun gələcəyi ilə bağlı böyük planlar var. Bunu yaxın gələcəkdə hər kəs görəcək. Həmin vaxt hamı görülən işi yüksək qiymətləndirəcək. Bu işə artıq başlanılıb.

– Komanda tamamilə yerlilərdən qurulub. Sizcə, əcnəbi cəlb etmək vacibdir, yoxsa yerlilərlə də uğur qazanmaq olar?

– Hər şey klub rəhbərliyinin futbola baxışından asılı olacaq. Komandanın çıxışını qənaətbəxş sayıram. Buna görə əsas və əvəzedici komandalarımızın məşqçilərinə təşəkkür edirəm. Əziyyəti sevən, mübariz mütəxəssislər bir araya gəliblər. Fikrimcə, həm Birinci Divizionda, həm də Premyer Liqada klubumuzu layiqincə təmsil edirlər. Çox mehriban məşqçi kollektivi yaranıb.

– Premyer Liqanın ümumi mənzərəsini necə görürsünüz?

– Əvvəlki illərlə müqayisədə cari mövsüm çempionat çox maraqlı keçir. Həm birinci, həm də ikinci “beşlik”də komandalar arasında gərgin mübarizə gedir. İstənilən komanda bütün rəqiblərdən xal almaq iqtidarındadır. Məsələn, “Kəpəz” “Qarabağ”dan xal aldı, “Səbail” “Sabah”ı ölkə kubokundan uzaqlaşdırdı. Komandaların sayı 12-yə çatdırılsa, çox gözəl olar. Belədə daha maraqlı, ekzotik, gərgin çempionat izləyərik. Bu, futbolumuzun yalnız inkişafına təkan olar.

– “Qarabağ”la “Sabah” arasındakı çempionluq yarışında hansını şanslı sayırsınız?

– Klubun İdarə Heyətində olduğum üçün kiminsə çempionluğunu proqnozlaşdırmaq istəmirəm. Hər iki klubun gördüyü işə, yaradıcılığına hörmətlə yanaşıram. “Qarabağ” bir baş üstün olmasa da, onların çempionluq şansı digərlərindən 20-30 faiz çoxdur. “Sabah” da ürəkaçan futbol sərgiləyir. Murad Musayev çox yaxşı kollektiv formalaşdırıb. Həmçinin “Neftçi” və “Qəbələ” toparlanır, “Zirə” gözəl heyət yığıb. Özümüz başda olmaqla, 10 klubun hamısına uğurlar arzulayıram.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-15 11:39

MBA-da çempionat bitdi, bütün cütlüklər məlum oldu

blank
Ölkə futbolu2024-04-15 11:29

“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı

blank
Dünya futbolu2024-04-15 11:20

Çempionluq görüşündə ilk het-trik

blank
Dünya futbolu2024-04-15 11:03

“Liverpul” üçün uğursuz seriya

blank
Ölkə futbolu2024-04-15 10:48

Rahil cəzalandı, komandası qalib gəldi

blank
Digər idman növləri2024-04-15 10:34

Abasovun növbəti sınağı

blank
Ölkə futbolu2024-04-15 10:17

“Qarabağ” üçün daha iki potensial rəqib

blank
Ölkə futbolu2024-04-15 10:03

Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı

blank
Ölkə futbolu2024-04-15 09:47

Musasız qələbə

blank
Layihə2024-04-15 09:30

Səhər idmanı: aktiv həyat tərzi üçün

blank
Dünya futbolu2024-04-15 09:11

“Vest Hem” məşqçisin dəyişmək istəyir

blank
Digər idman növləri2024-04-15 08:45

Nicatdan növbəti heç-heçə

blank
Ölkə futbolu2024-04-15 08:00

Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı

blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm