Dünya futbolu
“Real” bu mövsüm ilk dəfə belə aqibətlə üzləşdi
“Real” İspaniya La Liqasının 14-cü turunda “Real Sosyedad”la qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisi doğma meydanında baş tutan bu oyundan xal itkisi ilə ayrılıb – 0:0.
Bununla da “kral klubu” cari mövsümdə bütün yarışlar daxil olmaqla, ilk dəfə bir matçdan qol vurmadan ayrılıb. “Real” matç ərzində “Real Sosyedad”ın qapısına 20 zərbə endirsə də, onlardan yeddisi hədəfə istiqamətlənib. Həmin zərbələri də rəqib qolkiper dəf etməyi bacarıb.
Karlo Ançelottinin yetirmələri bu qarşılaşmadan sonra 42 xalla İspaniya La Liqasının turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Paytaxt təmsilçisi “Barselona”dan 5 xal geri qalır.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”