Dünya futbolu
“Real” yeni transferinə 2024-də qovuşacaq

“Real” “Palmeyras”dan transfer etdiyi Endriki yalnız ilyarımdan sonra heyətinə qata biləcək. Buna səbəb Avropa İttifaqına daxil olan ölkələrin əməl etməyə məcbur olduğu qanunlardır.
Futbolinfo.az xəbər verir ki, beynəlxalq qanunlara görə 18 yaşı tamam olmayan futbolçuların başqa ölkədə qeydiyyata alınması mümkünsüzdür. Endrik isə hələ 17 yaşın içindədir. Bu o deməkdir ki, braziliyalı 2024-cü ilin yayına kimi İspaniyaya köçə bilməz.
“Real” 60 milyon avroya (üstəgəl 12 milyon avro bonuslar) transfer etməyə hazırlaşdığı hücumçunu vətənində gözlədəcək. Futbolçu “Palmeyras”da oynamağa davam edəcək və yalnız müddət bitdikdən sonra Madridə gələcək.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib