Dünya futbolu
“Real”ın futbolçusu DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır
Futbol üzrə Almaniya yığmasının və “Real”ın müdafiəçisi Antonio Rüdiger bu il Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, almaniyalı futbolçu DÇ-2022-nin Qətərdə keçirilməsinin doğru olmadığını deyib:
“Dünya çempionatının Qətərdə keçirilməsi qərarı azarkeşlər və oyunçular üçün doğru deyildi. Bu qərar onu göstərdi ki, dünya futbolunda pul və güc çox mühüm rol oynayır. Mən rəsmilər və assosiasiyalar səviyyəsində mümkün boykot barədə çox danışmışam. Əlbəttə ki, biz bu vəziyyətə tənqidi baxmalıyıq və bunu artıq komanda olaraq etmişik”.
Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi