Ölkə futbolu
“Regekampf həmişə “Styaua” üçün seçim ola bilər”
Rumıniyalı iş adamı Viktor Beqali “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın “Styaua”ya mümkün keçidi haqda danışıb.
Futbolinfo.az xəbər verir ki, sabiq futbol meneceri rumıniyalı mütəxəssisin keçmiş klubuna qayıtmaq variantının mümkün olduğunu bildirib:
“Regekampfın “Styaua”da həm uğur, həm də uğursuzluq yaşadığı dövrlər oldu. Lakin şübhəsiz, Regekampf həmişə bu klub üçün seçim ola bilər. Onun “Neftçi”dəki vəziyyətini bilmirəm. Həmçinin “Stayua”nın da nə istədiyindən xəbərsizəm. Qərar verənlər nə etməli olduqlarını daha yaxşı bilirlər”.
Viktor Beqali “Styaua”nın sahibi Cici Beqalinin əmisi oğludur.
“Styaua” Nikolae Diçanın istefasından sonra bu posta müvəqqəti olaraq Mihai Pintilini təyin edib və yeni baş məşqçi axtarışını davam etdirir.
Regekampf 2012-2014 və 2015-2017-ci illərdə Rumıniya klubunda çalışıb.
- Müsahibə2024-02-02 11:07
Qurban Qurbanov: “Şəxsi maraqlara görə səhv qərar vermək olmaz”
- Premyer-liqa2024-02-02 15:51
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Dünya futbolu2024-02-01 15:47
Berdıyev lider komandanı “Sabah”a görə tərk edib?
- Milli komanda2024-02-01 09:07
De Byazi: “Azərbaycan millisində hələ də maraqlı elementlər var”