Ölkə futbolu
Regekampfı Rumıniyanın daha bir klubu istəyir
“Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampf Rumıniyanın daha bir klubunun baş məşqçi postuna əsas namizəddir.
Futbolinfo.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, “Universitatya” (Krayova) klubu Mirel Redoyun istefasından sonra “ağ-qaralar”ın 47 yaşlı baş məşqçisini yenidən bu posta gətirməyi düşünür.
Xəbərdə “Neftçi”nin rumıniyalı baş məşqçi ilə vidalaşa biləcəyi vurğulanıb.
Regekampf 2021/22 mövsümündə “Universitatya Krayova”da çalışıb. Daha əvvəl onun “Styaua”ya dönmək ehtimalının olduğu da bildirilirdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”