Ölkə futbolu
Region Liqasının finalı Şamaxıda
AFFA-nın təşkil etdiyi Region Liqasının yarımfinal və final oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Cəbrayıl” və “Qusar” komandaları arasında keçiriləcək ilk yarımfinal oyunu mayın 14-də saat 16:00-da “ASK Arena”da keçiriləcək.
“Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları arasında keçiriləcək ikinci yarımfinal qarşılaşması bir gün sonra eyni vaxtda, eyni məkanda təşkil olunacaq.
Region Liqasının final qarşılaşması isə mayın 20-də Şamaxı şəhər stadionunda olacaq. Əvvəlcə saat 13:00-da 3-cü yer uğrunda oyun, 16:00-da isə final qarşılaşması baş tutacaq.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”