Ölkə futbolu
Renat Dadaşov Türkiyə nəhənginin gündəmində

Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər. Futbolinfo.az saytının İsveçrə mətbuatına istinadən məlumatına görə, “Trabzonspor” “Qrasshopper”in 24 yaşlı hücumçusunun xidmətində maraqlıdır.
Bu mövsüm Super Liqada uğursuz çıxışla diqqət çəkən Qara dəniz təmsilçisi yayda heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır. Baş məşqçi Nenad Belitsa bütün mövqelərin gücləndirilməsini istəyir. Xorvatiyalı mütəxəssis xüsusən də hücum xəttinin alternativli olmasının tərəfdarıdır.
Belitsa “Qrasshopper”də heç də pis təsir bağışlamayan Dadaşovu ön xətdə rəqabət aparacaq səviyyədə görür. Bu üzdən trabzonlular onun üçün İsveçrə klubuna müraciət etməyə hazırlaşırlar. “Bordo-mavililər”in birdəfəlik transfer istəyi reallaşmasa, rəhbərlik Renatı icarəyə götürməyə cəhd edəcək.
Qeyd edək ki, Renat Dadaşov bu mövsüm İsveçrə çempionatında 8 qol vurub, 4 məhsuldar ötürmə verib. “Trabzonspor”da daha öncə millimizin üzvləri Vyaçeslav Lıçkin və Ramil Şeydayevin çıxış etdiyini xatırladaq. Lakin onlar uğursuzluqla üzləşmişdi.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə