Müsahibə
Renato “Qarabağ”la “Neftçi”yə dəstək istəyir: “Qruplarda oynasalar, əla olacaq”

“Qəbələ”nin müdafiəçisi Ruan Renatonun futbolinfo.az saytına müsahibəsi
– 2 gün sonra Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək. Hazırsız?
– İnanıram ki, gözəl bir mövsüm keçirə bilərik. Mövsümöncəsi çox yaxşı hazırlaşdıq. İlk hədəfimizə, yəni Konfrans Liqasının qrup mərhələsinə çıxmağa nail olmasaq da, çox yaxşı çıxış etdiyimizi bilirik. Avrokuboklardakı oyunlarda oynadığımız futbol bizim gələcəyimizə ümid və inam verdi.
– Konfrans Liqasında Macarıstanın “Fehervar” klubuna uduzdunuz. “Qəbələ” yaxşı oynasa da, məğlub oldu…
– Macarıstandakı matçın son 30 dəqiqəsi istisna olmaqla, iki yaxşı oyun keçirdik. Hansı ki, biz bu 30 dəqiqədə bir neçə səhv etdik və bu səhvlərə görə də cəzalandıq. Düzdür, həmin oyundan nəticə çıxardıq. Mərhələni itirsək də, onlara Qəbələdə qalib gələcəyimizi bilirdim.
– Evdə keçirdiyiniz matçda sizə nə lazım idi ki, səfərdəki məğlubiyyətin əvəzini çıxasınız?
– Möhtəşəm oyun keçirdik. Çatışmazlıqlarımızın çox böyük olduğunu bilirdik. Lakin bu barədə düşünmədik. Bütün diqqətimizi oyuna yönəltdik və bacarığımızı meydanda göstərməyə çalışdıq. Komandamız ilə fəxr edirəm. Təəssüf ki, rəqibin üstünülüy böyük idi. Bəlkə də səfərdə kiçik fərqlə uduzmağı bacarsaydıq, növbəti mərhələyə çıxardıq. Amma artıq hər şey keçmişdə qaldı. İndi yeni mövsümə hazırlaşmalı və avrokuboklarda buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq. Güclü komanda yaratmağın vaxtıdır.
– Bu mövsüm hədəfiniz nə olacaq?
– İnanıram ki, məqsədimiz dəyişmək olaraq qalacaq. Təkcə turnir cədvəlinə baxmayacağıq, həm də oyundan-oyuna keyfiyyətli futbol ortaya qoymağa cəhd edəcəyik. Bu da bizə zəfərləri gətirəcək. Mövsümün sonunda əldə edəcəklərimizi birlikdə görəcəyik.
– Artıq 2-ci mövsümdür ki, burdasınız. Bu ilin digərlərindən fərqlənəcəyini düşünürsünüz?
– Ümid edirəm ki, bu mövsüm daha çətin və gərgin mübarizə şəraitində keçəcək. Güclü komandalar bir az da güclənib. Yarışmada daha iki komanda olacaq. Onların da həyəcanla daha yaxşı mövsüm keçirmək istəyəcəklərini düşünürəm. Məncə, komandamız gərgin mübarizəyə hazırdır. Əsas odur ki, komandamızın özəyini qoruyub saxlaya bildik. Çox keyfiyyətli futbolçular cəlb edə bildik. “Qəbələ” hər şeyə hazır olacaq.
– Daha iki komandanın əlavə olunması keyfiyyəti artıracaq?
– İnanıram ki, bu çempionatı daha da yaxşılaşdıracaq. Biz bilirik ki, Premyer Liqaya gələn “Kəpəz” və “Turan” ənənəsi olan klublardır. Çempionatda bu cür komandaların mübarizə aparması yaxşıdır. Rəqabətli liqa azarkeşlər üçün də maraqlıdır. Klublar da, mətbuat da, oyunçular da bundan faydalanacaq.
– “Qarabağ” və “Neftçi” avrokuboklarda çıxışını davam etdirir. Onların uğurlu olacağını düşünürsən?
– Biz bu iki komandanın gücünə bələdik. Həm “Qarabağ”ın, həm “Neftçi”nin böyük potensialı var. Onlar avrokuboklarda uğur qazana bilərlər. Bu, Azərbaycan çempionatının da səviyyəsini yüksəldəcək. Sözügedən klubların Avropa meydanlarında oynaması Premyer Liqaya marağı, baxışı çoxaldacaq. Ona görə də “Qarabağ”ı da, “Neftçi”ni də dəstəkləmək lazımdır ki, məqsədlərinə çatsınlar. Qruplarda oynasalar, əla olacaq.
CAVAD

- Müsahibə2022-08-09 14:40
Cavid İmamverdiyevi küsdürüblər: “Kim mənimlə düşmənlik edəcəksə, bunun 10 qatını alacaq”
- Ölkə futbolu2022-08-10 00:49
“Qarabağ” hücumda əla oynadı” – Çerçesov
- Ölkə futbolu2022-08-10 12:15
“Misli” ilə PFL arasında sponsorluq müqaviləsi imzalandı
- Dünya futbolu2022-08-10 01:00
“Ferentsvaroş”un Avroliqadakı rəqibi bəlli oldu