Dünya futbolu
Reşfordla müqavilə daha bir il uzadılacaq
“Bayern” Markus Reşfordu transfer etmək arzusundan əl çəkib. Bundesliqa təmsilçisi İngiltərə millisinin üzvünə maraq göstərsə də, mövcud şərtlər münhenlilərin əleyhinədir.
Futbolinfo.az xəbər verir ki, son vaxtlar ən formada olan hücumçusunun “Mançester Yunayted”lə müqaviləsi yayda başa çatacaq. Almanlar azad agent olacağı üçün Markusun transferini ilk sıraya almışdı. Amma indi bəlli olur ki, bu, mümkün deyil. Belə ki, futbolçunun MY ilə müqaviləsində xüsusi bənd var imiş – klub istədiyi halda futbolçu ilə anlaşmanı daha bir il uzada bilər. PSJ məz bu səbəbdən Reşforddan əlini üzübmüş. İndi də “Bayern” geri çəkilməli oldu.
Mançesterlilərin hücumçu ilə müqavilənn müddətini uzatmağa tələsməməsi bununla bağlıdır, yayda “+1” avtomatik olaraq işə düşəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”