Bizi izləyin

Müsahibə

Reynaldo peşmandır: “Karyeramı “Qarabağ” formasında bitirməyi xəyal edirdim”

blank
blank

Azərbaycanda 2013-2016-cı illərdə və 2018-19 mövsümünün ikinci dövrəsində “Qarabağ”ın formasını geyinmiş braziliyalı hücumçu Reynaldo Silvanın Futbolinfo.az saytına müsahibəsi

– Karyeranızı bitirdikdən sonra nə işlə məşğulsunuz?

– Özümüzün kiçik ailə biznesimiz var. Onunla məşğuluq. Çalışırıq işimizi böyüdək.

– Biznesin futbola aidiyyəti var?

– Xeyr, tamam başqa sahədir. Amma bütün vaxtımı buna ayırmaq da istəmirəm. Futbolla bağlı planlarım var. Gələcəkdə menecerlik işi ilə məşğul olmaq fikrindəyəm. Braziliyada o qədər istedadlı oyunçular var ki… Onların Avropaya yollanmalarına vasitəçilik edə bilərəm.

– Azərbaycan klublarına da?

– Əlbəttə. Braziliyanın aşağı liqalarında Azərbaycan çempionatına rəng qatacaq gözəl oyunçular var. Hətta deyərdim ki, indi A Seriyasının futbolçuları da “Qarabağ”a keçməyə razılıq verərlər. Çünki “Qarabağ” artıq kifayət qədər nüfuza malikdir, tanınır, Avropanın ortabab klubu hesab olunur.

– “Qarabağ”ın çıxışını izləyirsiniz?

– “Qarabağ”ın oyunları ilə daim maraqlanıram. Çünki mənə çox doğma komandadır. Hələ də sosial şəbəkələrdə Ağdam klubunun forması ilə şəkillər paylaşıram. “Qarabağ”ın istər daxili, istərsə də beynəlxalq arenadakı nəticələri məni çox sevindirir. Xüsusən də avrokuboklarda ildən-ilə daha da yüksək nəticələr göstərir. İnanıram ki, gələn mövsüm “Qarabağ”ı yenidən Çempionlar Liqasının qrupunda görə biləcəyik. Əslində, bu mövsüm də çox irəliləyə bilərdilər. “Gent”lə oyunlarına baxmışdım. Belçika klubundan heç də zəif oynamadılar. Sadəcə, bəxtləri gətirmədi.

– “Qarabağ” bu mövsüm də Premyer Liqada çempionluğa yaxındır. Komandanın bu stabilliyini nə ilə əlaqələndirmək olar?

– Baş məşqçi Qurban Qurbanovla. Qurban müəllim çox gözəl kollektiv qurub, stabillik gətirib. “Qarabağ”da elə bir sistem yaradılıb ki, motor kimi daim işləkdir. Bu müddət ərzində çox futbolçu komandadan gedib, ancaq zəiflədiklərini hələ görməmişəm.

– Qış fasiləsində də Kadi Borges ayrıldı…

– Kadi onlar üçün çox önəmli futbolçu idi. Hətta o, Azərbaycan çempionatı üçün bir dəyər idi. Ancaq gedişi yalnız qısa müddətə komandaya mənfi təsir edə bilərdi. İndi əminliklə deyə bilərəm ki, “Qarabağ” əvvəlki gücündən heç nə itirməyib. Bu cür klublarda fərdlər yox, komanda ön planda olur.

– Premyer Liqanın digər klubları niyə “Qarabağ”la rəqabət apara bilmirlər?

– Top-komanda olmaq tam başqadır. “Qarabağ”ın oyunundan insan zövq alır. Meydanda istədiklərini edə bilirlər. Rəqiblər “Qarabağ”la qarşılaşanda ilk növbədə qol vurmaq yox, buraxmamaq barədə düşünürlər. Bu da Qurban Qurbanovun komandasının gücündən xəbər verir. Yaxın illərdə onların hegemonluğuna hansısa komandanın son qoyacağına inanmıram.

– “Qarabağ”ın əksər azarkeşləri sizi klub tarixinin ən yaxşı futbolçusu hesab edir. Bu fikirlə razısınız?

– Azarkeşlərin bu cür düşünməsi mənim üçün fəxrdir. Oradakı performansıma özümün qiymət verməyim doğru olmaz. “Qarabağ” azarkeşlərinin yeri həmişə qəlbimdə ayrı olub. Onları çox sevirəm. Bircə ona heyfsilənirəm ki, karyeramı “Qarabağ”da bitirə bilmədim.

– 2019-cu ildə komandaya qayıtsanız da, cəmi 6 ay qala bildiniz. “Qarabağ”dakı arzunuzu həyata keçirməyinizə nə mane oldu?

– Buna görə heç kimi yox, özümü qınayıram. Əslində qayıdanda niyyətim karyeramı məhz orada bitirmək idi. Ancaq heç nə istədiyim kimi getmədi. “Qarabağ”dan birinci gedişimdən sonra heç cür performansımı ortaya qoya bilmədim, eniş yaşadım. İkinci gəlişim zamanı da oyunlarda artıq əvvəlki gücümlə çıxış edə bilmədiyimi görürdüm. Buna görə də çox qalmağın bir mənası yox idi. Halbuki “Qarabağ”ın forması altında böyük kütlə önündə vida matçına çıxmağı həmişə xəyal edirdim. Ancaq yenə də Azərbaycandakı karyeramdan çox razıyam.

– Belə çıxır ki, 2017-ci ildə “Qarabağ”dan ayrılmağınıza peşmansınız?

– Etiraf edirəm ki, peşmanam. Çünki bu qərarım sonrakı karyerama və həyatıma mənfi təsir göstərdi. “Adanaspor”a gedəndə orada şans qazanmadığım zaman özümdən çıxırdım. Bunu o qədər özümə dərd edirdim ki, Türkiyə klubundan ayrılandan sonra bir müddət futboldan uzaq düşdüm.

– Sabiq komanda yoldaşınız Mahir Emreli də hazırda Türkiyədə, “Konyaspor” klubunda çıxış edir. Onun oyunlarından məlumatınız olur?

– Mahirin istənilən komandada oynamaq potensialı var. Məncə, “Konyaspor”da işləri heç də pis getmir. Bu yaxınlarda qol da vurmuşdu. Hesab edirəm ki, bu, hələ Mahirin tam bacarığı deyil. Öz üzərində daha çox çalışmalıdır. Emreli daha yaxşı yerlərdə ola bilər.

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm