Dünya futbolu
“Roma” razılaşdı, amma Zaniolo “Bornmut”a getmədi
Nikolo Zaniolo “Bornmut”a getməyəcək. İtaliyalı yarımmüdafiəçi İngiltərə klubuna yollanmaqdan imtina edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Roma”nın idman direktoru Tyaqo Pinto məlumat verib: “Zaniolo klubdan ayrılmaq istəyir, fikrində qətidir. Biz də onu satmaq üçün “Bornmut”la razılaşdıq. Lakin futbolçu keçidi rədd etdi. Bizim üçün çətin vəziyyətdi, lakin son sutka ərzində məsələyə nöqtə qoymalıyıq”.
“Bornmut” futbolçu üçün 3 milyon avrosundan keçməyə hazır idi, lakin Nikolo daha iddialı klub arzulayır. Zaniolonun keçmək istədiyi “Milan”ın şərtləri isə paytaxt klubunu qane etmir. “Rossonyerlər” oyunçunu 6 aylıq icarəyə götürüb yayda birdəfəlik transfer etmək niyyətindədir.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq