Ölkə futbolu
Romao: “Bütün bunları yaşamaq mükafatlıdır”

“Qarabağ”ın futbolçusu Julio Romao Braziliya mətbuatına açıqlamasında Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmalarına münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi orada da uğurlu çıxış edəcəklərinə inandığını bildirib: “Bütün bunları yaşamaq mükafatlıdır. Bu anı yaşamaqdan çox xoşbəxtəm, xüsusən də, bütün oyunlarda iştirak etdiyim üçün. Bu, şübhəsiz ki, mənim həyatımda qeyd olunacaq bir andır. İndi görək qrup mərhələsindəki rəqiblərimiz kimlərdir. Bu, çox güclü rəqabətdir və biz titul axtarışına çıxacağıq”.
Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində Sloveniya klubu “Olimpiya”nı (2:0, 1:1) üstələyib. Azərbaycan çempionunun qrup mərhələsindəki rəqibləri bu gün keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.

- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”
- Ölkə futbolu2023-12-02 14:55
Tovuzlular Məsiyevin təyinatından narazıdır: “6000 əsəbi azarkeşin qarşısını almaq asan olmayacaq”