Dünya futbolu
Ronaldo “Əl-Nəsr”də ilk oyununa çıxdı

Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda “Əl-Nəsr” “Əl-İttifaq”la qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, Kristiano Ronaldo bu matçda meydana çıxmaqla “Əl-Nəsr”in heyətində ölkə çempionatında debüt edib.
Komandasının 1:0 hesablı qələbəyə sevindiyi bu oyunda qələbə qolunu Anderson Talişka vurub. Start heyətdə yer alan Ronaldo sonadək meydanda olub.
Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib