Dünya futbolu
Ronaldo bu gün “Əl-Nəsr”də ilk oyununa çıxa bilər
Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda “Əl-Nəsr” “Əl-İttifaq”la qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, Kristiano Ronaldo bu matçda meydana çıxaraq, “Əl-Nəsr”in heyətində ölkə çempionatında debüt edə bilər.
Ronaldo artıq Səudiyyə Ərəbistanında meydana çıxıb. Bu, Riyad komandasının (“Əl-Nəsr” və “Əl-Hilal”ın birləşmiş komandası) PSJ (4:5) ilə oynadığı yoldaşlıq görüşündə baş verib. Həmin matçda portuqaliyalı forvard dubla imza atıb.
Ronaldo “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.
- Dünya futbolu2024-01-23 08:17
“Burqos”un futbolçusu Azərbaycana gəlir?
- Premyer-liqa2024-01-24 00:19
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-23 08:00
Vurulanlar eyni, sifariş verən eyni – Parisdə oturub Bakıda seçkiyə hazırlaşırlar
- Ölkə futbolu2024-01-23 17:48
UEFA “Qarabağ”a 1,5 milyon avro ayırdı