Dünya futbolu
Ronaldo ehtiyatda – 2018-dən bəri ilk dəfə
Kriştianu Ronaldo 31 matçdan sonra start heyətinə düşmədi. Portuqaliya millisinin lideri 2018-ci ildən bəri böyük turnirlərdə – Avropa və Dünya Çempionatlarının final mərhələlərində ilk dəfə belə aqibətlə üzləşdi.
Futbolinfo.az xəbər verir ki, az sonra başlayacaq İsveçrə ilə 1/8 final matçının ilk “11-liy”inə düşməyən ulduz oyunçuya etdiyi hərəkət baha başa gəlib. Cənubi Koreya ilə qrup oyunundakı məğlubiyyətə hirslə reaksiya verən Ronaldo hərəkəti ilə baş məşqçini hədəf göstərmişdi.
Görünür, bu, baş məşqçi Fernando Santuşun xoşuna gəlməyib və onu cəzalandırıb. Son günlər Portuqaliya mətbuatında da formada olmayan Kriştianunun ehtiyatda saxlanmasının vacibliyi ilə bağlı xəbərlər çoxalmışdı.