Dünya futbolu
Ronaldo yenə çempion olmadı

Kriştianu Ronaldonun da formasını geyindiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 29-cu tur oyununa çıxıb. Komanda “Əl-İttifaq”la heç-heçə edib – 1:1.
Futbolinfo.az xəbər verir ki, Ronaldo start heyətdə meydana çıxıb və 84-cü dıqiqədə əvəzlənib. “Əl-Nəsr” bu heç-heçə ilə xallarını 64-ə çatdırıb.
Lider “Əl-İttihad” isə “Əl-Feyda”nı məğlub edib – 3:0. Bununla da xallarının sayı 69-a yüksəldən komanda sona 1 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib, “Əl-Nəsr” 2-ci olub.
Ronaldo bununla ardıcıl 2 mövsümdür ki, kuboksuz qalır. O, ötən mövsüm “Mançester Yunayted”in heyətində də kubok qazana bilməmişdi.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-dan “Əl-Nəsr”in futbolçusudur.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə