Dünya futbolu
“Ronaldonu tənqid edin” – Bruno Fernandes

Portuqaliya yığmasının yarımmüdafiəçi Bruno Fernandes komanda yoldaşı Kristiano Ronaldo ilə bağlı azarkeşlərə müraciət edib.
Futbolinfo.az xəbər verir ki, o, azarkeşlərdən Ronaldonu tənqid etmələrini xahiş edib:
“Siz onu tənqid edəndə biz onu ən yaxşı vəziyyətdə görürük” deyən Fernandes, Ronaldonun belə şəraitdə işləməyi xoşladığını bildirib. O, əlavə edib ki, Kristiano ilə eyni komandada oynamaq onun gerçəkləşən arzusudur.
Ronaldo DÇ-2022-də qrup mərhələsində Qana ilə keçirilən oyunda komandasının ilk qolunu vurub. Oyun Portuqaliyanın qələbəsi ilə yekunlaşıb – 3:2.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq