Dünya futbolu
Ronaldonun qolu qələbə gətirdi

Səudiyyə Ərəbistanı çempionatında 28-ci turun oyunları keçirilib. “Əl-Nəsr” öz meydanında “Əl-Şəbab”ı qəbul edib. Qonaqların iki top fərqi ilə önə keçdiyi oyunda Kriştianu Ronaldo və komanda yoldaşları dönüş etməyi bacarıb.
Matçın 24-cü dəqiqəsində Kristian Quanka penaltini dəqiq yerinə yetirərək “Əl-Şəbab”ı hesabda irəli çıxarıb, 40-cı dəqiqədə dublunu rəsmiləşdirib.Fasiləyədək fərqi azaltmağı bacaran meydan sahibləri 51-ci dəqiqədə hesabı bərabərləşdirib. 7 dəqiqə sonra isə Ronaldu “Əl-Nəsr”in qələbə qoluna imza atıb və oyunda yekun hesabı müəyyənləşdirib – 3:2.
Qeyd edək ki, “Əl-Nəsr” 28 oyundan topladığı 63 xalla ikinci, “Əl-Şəbab” isə 53 xalla üçüncü pillədədirdir. Turnir cədvəlinə 66 xal toplayan “Əl-İttihad” başçılıq edir.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”