Dünya futbolu
“Rostov”un futbolçusu millimizə qarşı oynamayacaq
UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya, Azərbaycan və Qazaxıstan yığmaları ilə qarşılaşacaq Belarus millisinin heyətində dəyişiklik edilib.
Futbolinfo.az xəbər verir ki, Rusiyanın “Rostov” klubunun yarımmüdafiəçisi Aleksandr Selyava zədə səbəbindən komandadan kənarlaşdırılıb.
Bu barədə Belarus Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Selyavanın əvəzində yığmaya “Minsk” klubunun hücumçusu Yeqor Boqomolski cəlb olunub.
Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərində Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Azərbaycan yığması ilə üz-üzə gələcək.
Xatırladaq ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub. Buna sözügedən ölkənin Rusiya ilə birgə Ukraynadakı hərbi əməliyyatlarda iştirakı səbəb olub.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”