Dünya futbolu
Roys “Borussiya”nın tarixinə düşdü
Almaniya Bundesliqasının 25-ci turunun “Köln”lə ev oyunu “Borussiya”nın (Dortmund) yarımmüdafiəçisi Marko Roys üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, 33 yaşlı vinger sözügedən klubun tarixində ən məhsuldar futbolçuya çevrilib.
O, bunu 6:1 hesablı qələbəyə sevindikləri matçda dubla imza atmaqla bacarıb. Bununla da təcrübəli vinger “Borussiya”nın heyətində vurduğu ümumi qolların sayını 161-ə çatdırıb. Dortmundluların əvvəlki rekordçusu 159 qol vurmuş Mixael Zork idi.
Roys 2012-ci ildən formasını geyindiyi “Borussiya”da 377 oyun keçirib. O, bu görüşlərdə 120 məhsuldar ötürmə ilə də yadda qalıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq