Dünya futbolu
Rüfət Dadaşovdan “Şalke”də növbəti qol
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Lotte” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da Dadaşov vurub. Azərbaycanlı futbolçu 78-ci dəqiqədə fərqlənib.
“Şalke II” bu nəticədən sonra 27 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
- Dünya futbolu2024-01-18 08:00
De Byazi “Neftçi”nin sabiq hücumçusunu “Torino”ya təklif etdi
- Premyer-liqa2024-01-18 17:00
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”
- Ölkə futbolu2024-01-18 10:01
“Qarabağ”dan ayrıldı, Polşa çempionatının autsayderi ilə anlaşdı