Bizi izləyin

Ölkə futbolu

“Səbail”, Kerjakova nə gərək var?

blank
blank

“Səbail” son bir neçə mövsümdə Aftandil Hacıyevin başçılığı altında öz yağında qovrulurdu. Komandanın onun başçılığı altında avrokuboklar uğrunda mübarizə apardığı, ora düşdüyü vaxt da olub, çempionatda sonuncu pilləni tutduğu da.

Amma komandanın uğusuz olduğu vaxtlarda belə heç kim bunu Hacıyevin səriştəsizliyi kimi qələmə verməyib. Çünki problem heyətlə, büdcəylə bağlı olub. Uğursuz, yetərsiz heyəti dağıdıb iddianı artırmaq üçün yeni qvardiyanı formalşadırmaq lazım gələndə Hacıyev “Səbail”ə lazım olmadı. Söhbət heç də Aftandil bəyin iddialı komandanı çalışdıra bilməyəcəyindən getmir. Sadəcə, yenicə müqavilə müddətini yeniləyən tərəflər heyəti formalaşdırmaqla bağlı məsələdə razılığıa gələ bilməyincə, vidalaşmaq qərarına gəldilər.

Nəticədə “Neftçi-2”-ni birinci dəstənin qalibi edən Mahmud Qurbanova dəvət göndərildi. Amma ötən turlar göstərdi ki, Qurbanov ümidləri doğrulda bilmir. Deyilənələrə görə, “dənizçilər” gəminin sükanını rusiyalı Aleksandr Kerjakova vermək istəyir. Klub bu xəbəri tələsik təkzib etdi, amma Kerjakov özü Rusiya mətbuatına başqa şeylər danışıb.

Bəli, söhbət müasir Rusiya futbolunun tanınan simalarından olan sabiq futbolçudan gedir. Görünür, klub rəhbərliyi “Sabah”da Murad Musayevin fəaliyyətini görüb iştaha düşüb. Bu sövdələşmənin baş tutub-tutmayacağını söyləyə bilmərik, amma Kerjakovun karyerasına nəzər salmaq, heç də pis olmazdı. Görəsən, onu Azərbaycana gətirməyə dəyərmi?

Aleksandr Kerjakov 1982-ci il noyabrın 27-də Leninqrad vilayətində yerləşən Kingisepp şəhərində anadan olub. Sabiq hücumçu yetirməsi olduğu “Zenit”in heyətində uzun illər keçirib və ölkə daxilində həm komandayla, həm də fərdi planda mümkün bütün mükafatları qazanıb.

Maraqlıdır ki, Kerjakov Sankt-Peterburq klubunun tarixində ən böyük iki uğurun – 2008-ci ildə UEFA Kuboku və Superkubokunun qazanılmasında pay sahibi olmayıb. Çünki 2006-08-ci illərdə legioner həyatı yaşayıb və İspaniyanın “Sevilya” klubunda çıxış edib.

Artıq 9 ildir “100-lər klubu”nun lideri və Artyom Dzyuba ilə birgə yığmanın ən yaxşı iki bombardirindən biri olan Aleksandrın məşqçi karyerası necə alınıb?

2017-ci ilin yayında “Zenit”in yeniyetmə komandalarının koordinatoru təyin olunan Kerjakov ardınca Ali məşqçilər məktəbinə daxil oldu. Növbəti ilin martında artıq 17 yaşlılardan ibarət millinin məşqçilər korpusunda yer alan Aleksandr, nəhayət, sentyabrda solo karyerasına başladı. Rusiyanın U-18 yığması onun başçılığı altında 9 ay ərzində yalnız yoldaşlıq matçlarında qüvvəsini sınadı. Komanda heç də yaxşı başlamadı və ilk 9 matçda 7 dəfə uduzdu. Amma sonrakı 8 oyunda qazanılan 7 qələbə Kerjakovun postunda möhkəmləsinə gətirdi. Çalışdırıcı həmin futbolçularla, lakin artıq U-19 millisiylə seçmə mərhələdə Polşa ilə Kosovonu qabaqlamaqla və yalnız Uelsi özündən irəli buraxmaqla elit-raunda vəsiqə qazandi. Buna baxmayaraq, bu turnirdə komandanı çalışdırmaq ona qismət olmadı.

Kerjakov 2020-ci ilin sentyabrında 1-ci divizionda mübarizə aparan “Tom”un təklifini qəbul etdi. Tomsk klubu həmin mövsümə olduqca uğursuz start götürdü və 11 turdan sonra topladığı 3 xalla sonuncu – 22-ci pilləni tutdu. Kerjakov sona qədər çalışsa da, “Tom”u liqada saxlaya bilmədi: vəzifəsinin öhdəsindən gəlmək üçün sonda cəmi 1 xal çatmadı!

Maraqlı məqam: Kerjakov gəlişindən sonra ilk 5 turda üçlü, növbəti 13 matçda isə dördlü müdafiə sistemindən istifadə etdi. Amma komandanın 4 müdafiəçi ilə mübarizə apardığı 8 oyunda 6 məğlubiyyəti məşqçinin qəti fikir formalaşdırmasına gətirdi. Belə ki, Kerjakov mövsümün sonuna qədər bir daha 3 müdafiəçinin olduğu sistemdən əl çəkmədi.

“Tom” onun gəlişindən sonra topladığı xallara görə 1-ci liqada 13-cü oldu. Ancaq bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Komanda bunu heç də hücumun deyil, güclü müdafiənin sayəsində bacardı. Artıq peşəkar statusunu itirən Tomsk klubu Kerjakovun başçılığı altında 31 matçda cəmi 29 qol vurdu və bu göstəriciyə görə yalnız 17-18-ci oldu! Əvəzində isə bu görüşlərdə cəmi 34 top buraxdı. Bu isə liqanın həmin müddətdə 11-ci göstəricisi oldu! Kerjakov mövsümün sonunda rəhbərliyə və futbolçulara hər şeyə görə təşəkkür etsə də, komandadan, belə desək, maksimumu sıxdığını və orada qalmaq istəmədiyini bildirdi. Çox güman ki, məsələ “Tom”un zəif maliyyələşdirilməsində oldu.

Kerjakov ötən ilin yayında Premyer Liqanın debütantı “Nijni Novqorod”un “sükanı arxasına keçdi”. Komandadan gözləntilər əvvəlcədən böyük olmadı. Təcrübəsiz “şəhərlilər”in elitadakı startı hamını yaxşı mənada şoka saldı: ilk 3 turda “Soçi” ilə “Spartak” üzərində qələbələr və ümumilikdə 7 xal. Düzdür, “Nijni Novqorod” yekunda yalnız 11-ci olub, ancaq bunu gənc məşqçinin uğuru saymaq olar.

Birincisi və ən əsası ona görə ki, “şəhərlilər” “Tranfermarkt” saytının məlumatına əsasən ən ucuz (13,25 milyon avro) heyətlə “Rubin”, “Ural”, “Arsenal” kimi komandaları qabaqlamaqla elitada yerini qorudu!

İkincisi, eynilə “Tom” kimi “Nijni Novqorod” da Kerjakovun başçılığı altında müdafiədə sevindirdi və 30 oyunda qapısında cəmi 39 top gördü. Bu, həmin mövsüm Premyer Liqanın 8-9-cu göstəricisi oldu. Hətta “Dinamo”, “Spartak” və “Rostov” bu mənada debütantdan geri qaldı!

Üçüncüsü, bəzi futbolçular məhz Kerjakovun başçılığı altında Premyer Liqada adından söz etdirdi. İlk növbədə yarımmüdafiəçi Nikolay Kalinski (8 qol + 4 ötürmə) və müdafiəçi Kirill Qotsuk (3 qol + 2 ötürmə).

Dördüncüsü, “Nijni Novqorod”ın standart vəziyyətlər zamanı inamlı oyunu. Komanda bu mənada buraxılan toplara görə yalnız çempion “Zenit”dən geri qaldı: piterlilər 2, “şəhərlilər” isə 3 qol buraxdı.

Kerjakov mövsüm boyunca üçlü müdafiə sisteminə güvəndi. Komanda 11 matçda qapısını toxunulmaz saxladı. Bu, həmin mövsümün 4-7-ci göstəricisi oldu.

Düzdü, mənfi tərəfləri də qeyd etmək olar. Məsələn, “Nijni Novqorod” mövsümün birinci yarısında topa sahibolma, pressinq intensivliyi, meydanın rəqibə aid hissisəndə topu ələ keçirmə planında axırıncı – 16-cı yeri tutdu. “Futbol ili”nin ikinci hissəsində vəziyyət bir qədər düzəldi. “Şəhərlilər” sadaladığımız 3 parametr üzrə uyğun olaraq 15, 14 və 12-ci oldu.

Və indi bu məşqçini Azərbaycana gətirmək istəyirlər. Əcəba, niyə? Heç bir uğuru olmayan rusiyalını əcəbi olduğu üçün normal imkanı olan klubumuza calaq etmək nəyə lazımdı? Özümüzdə 50-dən çox “Pro” kateqorialı məşqçi var və ən zəifi elə Kerjakov kimi işləyə bilər. Futbolçu karyerasına sözümüz yoxdu, lakin məşqçi Kerjakov “Səbail”in ən böyük səhvi olar.

FƏRİD

P.S.: Kerjakovun yaxşı menecer çevrəsinin olduğu bəlli olur. Onu kimlərsə Azərbaycana “yeritmək” üçün dəridən-qabıqdan çıxır. Samir Abasovdan əvvəl “Sumqayıt”a gəlmək variantı var idi, indi də “Səbail”də laxlayan kreslo görüblər.

Reklam

Reklam

Reklam


Ölkə futbolu2023-01-28 01:18

Seneqal və Əlcəzair yığmaları yarımfinalda

blank
Ölkə futbolu2023-01-28 00:24

“Kəpəz” üç ayrılığı rəsmən açıqladı

blank
Dünya futbolu2023-01-28 00:11

“Beşiktaş”dan darmadağın

blank
Ölkə futbolu2023-01-27 23:52

Yığmamız Türkiyə klubuna qalib gəldi

blank
Dünya futbolu2023-01-27 23:33

Super Liqa klubu baş məşqçisini qovdu

blank
Dünya futbolu2023-01-27 23:11

FİFA-dan Uruqvay millisinin üzvlərinə ağır cəza

blank
Dünya futbolu2023-01-27 22:59

“Ayaks” Daliçə təklif göndərdi

blank
Ölkə futbolu2023-01-27 22:50

“Barselona”da yeni müqavilə

blank
Dünya futbolu2023-01-27 22:43

Qordon “sağsağan” olacaq

blank
Dünya futbolu2023-01-27 22:28

“Bayer” yeni qapıçı aldı, Lunyovun “Qarabağ”a yolu açıldı

blank
Ölkə futbolu2023-01-27 22:22

“Qarabağ” kimi böyük kluba qoşulduğum üçün çox xoşbəxtəm”

blank
Digər idman növləri2023-01-27 22:00

Yığmamızdan beynəlxalq turnirə uğurlu start

blank
Digər idman növləri2023-01-27 21:42

Azərbaycan komandası dünya kubokunda yarımfinala yüksəldi

blank
Digər idman növləri2023-01-27 21:09

Azərbaycan çempionu tay-brekdə məlum olacaq

blank
Ölkə futbolu2023-01-27 20:00

Kaşuk “Sabah”ın azarkeşini mükafatlandırdı

blank
Digər idman növləri2023-01-27 19:22

Liderdən növbəti qələbə

blank
Digər idman növləri2023-01-27 18:55

Azərbaycan yığması üçün ilk beynəlxalq toplanış

blank
Dünya futbolu2023-01-27 18:06

“Traktor”dan səfərdə inamlı qələbə

blank
Ölkə futbolu2023-01-27 17:45

“Zirə”nin yeni transferi Kiyev “Dinamo”sundan buna görə ayrılıb

blank
Müsahibə2023-01-27 17:30

Mikels transfer məsələsinə qarışmır: “Yaxşı komandamız var”

blank
Dünya futbolu2023-01-27 17:12

“Brayton” “Arsenal”ın təklifini rədd etdi

blank
Dünya futbolu2023-01-27 16:55

“Qarabağ”ın rəqibi cəzalandı

blank
Dünya futbolu2023-01-27 16:44

“Borussiya”dan 8.5 milyonluq transfer

blank
Dünya futbolu2023-01-27 16:32

“Ayaks” Heytinqaya tapşırıldı – müvəqqəti

blank
Dünya futbolu2023-01-27 16:21

“Everton” yeni baş məşqçi tapdı

blank
Premyer-liqa2023-01-27 16:02

Premyer Liqanın XX turu rəqəmlərin gözü ilə

blank
Dünya futbolu2023-01-27 15:51

Baş məşqçisi Emrelinin son durumunu açıqladı

blank
Dünya futbolu2023-01-27 15:33

“Vilyarreal”ın yetirməsi yenidən La Liqada

blank
Layihə2023-01-27 15:21

56 yaşlı avarçəkmə məktəbi – VİDEO

blank
Ölkə futbolu2023-01-27 15:00

Haitili futbolçu “Qarabağ”a “yox” deyib

blank
Premyer-liqa2023-01-26 22:13

“Neftçi” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-26 17:03

“Neftçi” növbəti transferini açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-26 14:00

“Neftçi” “Sabah”la oyuna 3 ciddi itki ilə çıxacaq

blank
Premyer-liqa2023-01-25 19:29

“Zirə” “Sumqayıt”ı hesabı açmasına peşman etdi – VİDEO

blank
Ölkə futbolu2023-01-25 17:12

“Turan Tovuz” – “Qarabağ” matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-24 23:10

“Qarabağ” yeni transferini rəsmən açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:30

“Kəpəz” – “Qəbələ” matçında 4 qol – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:00

Elmar Baxşıyev: “Komandamız xarakter göstərdi” – VİDEO

blank
Premyer-liqa2023-01-24 16:49

Tərlan Əhmədov: “Tapşırıq tamamilə başqa idi” – VİDEO

blank
Digər idman növləri2023-01-23 17:17

Azərbaycan güləşçiləri ilin ilk sınağına hazırlaşır – VİDEO

blank
Ölkə futbolu2023-01-21 18:46

“Neftçi” böyük və tanınmış klubdur” – VİDEO

blank
Dünya futbolu2023-01-19 23:29

Messi hesabı açdı, Ronaldo dubla imza atdı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 21:27

“Neftçi” serblərə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-19 20:24

“Kəpəz”dən “Kaysar”a 3 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 16:53

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 13:54

“Sabah” – “Voyvodina” matçında 6 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 10:20

“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət – VİDEO

blank
Ölkə futbolu2023-01-15 18:26

“Neftçi” polşalılara belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-15 16:30

“Kəpəz”in macarlar üzərindəki qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-14 14:00

“Sabah”la matça kimi tam hazır olacağımı düşünürəm” – Stankoviç

blank
Ölkə futbolu2023-01-14 13:01

“Qarabağ” Polşa klubuna belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-11 12:52

“Zirə”nin rumınlarla yoxlama matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-10 20:59

“Neftçi”nin “Vaşaş”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-10 13:16

Höccət Haqverdi: “Çempionluq uğrunda mübarizə aparmalıyıq”

blank
Ölkə futbolu2023-01-09 18:54

“Kəpəz”in iki futbolçusu səhər məşqində iştirak etmədi

blank
Ölkə futbolu2023-01-09 14:31

Milli üzvü rəsmən “Neftçi”də

blank
Ölkə futbolu2023-01-09 13:20

Moldova yığmasının üzvü “Turan Tovuz”da

blank
Ölkə futbolu2023-01-07 19:24

“Turan Tovuz” Antalyada – VİDEO

blank
Ölkə futbolu2023-01-05 19:40

“Neftçi”nin Türkiyədə ilk günü – VİDEO

blank
Ölkə futbolu2023-01-04 13:35

“Neftçi” Türkiyəyə yola düşdü – VİDEO

Facebook

Gündəm