Premyer-liqa
“Qəbələ” “Səbail”lə “sülh bağladı”

Misli Premyer Liqasında XXIV turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
Günün son oyununda “Qəbələ” səfərdə autsayder “Səbail”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Xatırladaq ki, turun açılış matçında “Zirə” səfərdə “Turan Tovuz”a 2 cavabsız qolla qalib gəlib. Bu turun “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” oyunları şənbə, “Qarabağ”– “Neftçi” matçı isə bazar gününə təsadüf edəcək.
Misli Premyer Liqası
XXIV tur
24 fevral
“Səbail” – “Qəbələ” 2:2
Qol: Mirabdulla Abbasov, 51. Matiya Lyuyiç, 56 – Ramon Maçado, 20; 70.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Tural Qurbanov
Bakı. “ASCO Arena”.
Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 9. Mirabdulla Abbasov, 22. Samir Abdullayev, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 30. Franko Mazurek, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 23. Rafael Utziq, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

- Ölkə futbolu2023-08-29 08:00
Elxan Məmmədovun siyahıya aldığı 200 min futbolçunun 0,5 faizi də yoxdur
- Premyer-liqa2023-08-29 10:11
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Müsahibə2023-08-29 12:21
“Növbəti oyundan uzağa getmək olmaz”
- Ölkə futbolu2023-08-29 09:47
Klublarımızın istədiyi futbolçu üçün Meksika variantı