Ölkə futbolu
“Səbail” və “Şamaxı”: AFFA-ya təzyiqə davam

“Səbail” və “Şamaxı” Premyer Liqada qalmaq üçün mübarizəni davam etdirir. Son turda üz-üzə gələcək bu klublar hazırda meydandan kənarda eyni hədəfə köklənib.
Futbolinfo.az xəbər verir ki, heç bir klubun rəhbərliyi son matçda istəyinə çatacaqlarına əmin deyil. Ona görə də müxtəlif səviyyələrdə AFFA-ya təzyiqlər davam edir. Hər iki klubun rəhbərliyi bəd senarini düşünərək Premyer Liqada komanda sayının artırılması üçün israrlıdır.
Lakin növbəti həftədən onlardan biri – qarşıdakı turda istəyinə çatan pərdəarxası mübarizəni dayandıracaq. Digər klub isə yəqin ki, AFFA İcraiyyə Komitəsinin (İK) iclasına kimi ümidini itirməyəcək, xahişlər davam edəcək. İyunun ikinci həftəsində yığışmağı planlaşdıran İK isə məsələyə nöqtə qoyacaq.
Hazırda daha çətin durumda olan “Şamaxı” çempionatda qalmaq üçün ən yüksək dairələrdə dəstək axtarır, son pilləyə enməyin səbəblərini bəhanələrlə gizlədir, guya ölkə futbolunun inkişafı üçün çalışdıqları barədə nağıllar danışır. Halbuki idman prunsipləri ən öndə olmalıdır. Səhv strategiya seçərək aqibətini özü müəyyənləşdirən bölgə təmsilçisi başqa klublardan icarəyə götürülən futbolçularla uğur qazanılmayacağını başa düşməli idi.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”