Ölkə futbolu
“Səbail”də rəhbərlik yaxşı deyil”

“Bəli, hələ də Azərbaycan çempionatının oyunlarının izləyirəm. Hamısına deyil, ən maraqlı olanlarına baxıram. Bəzən “Səbail”i, bəzən “Qəbələ”ni izləyirəm” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ” və “Səbail”in sabiq futbolçusu Nikolas Raysel deyib.
Hazırda Belçikanın “Dender” klubunda çıxış edən futbolçu Azərbaycan çempionatında oynadığı klubların hazırkı durumunu dəyərləndirib: “Qəbələ” ötən mövsümdəki kimi, demək olar ki, eyni komandaya sahibdir. Keçən yay yaxşı oyunçular heyətinə qatıblar, pis nəticə göstərmirlər. Oyun tərzi mükəmməl deyil, amma yenə də xal qazanmağa davam edirlər. “Səbail”də isə vəziyyət bir az fərqlidir. Onlar mövsümün əvvəlində baş məşqçini, oyunçuların çoxunu dəyişdilər. Deyəsən, plansız oynayırlar. Mən oynadığım mövsümdən daha çox əcnəbi oyunçu var, amma çox xal toplaya bilmirlər. Məncə, orada rəhbərlik yaxşı deyil”.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-03 18:58
“Neftçi” “Zirə”yə qalib gəldi