Bizi izləyin

Müsahibə

“Səbail”in lideri olaraq qalmaq istəyirəm” – Ramazanov

blank
blank

“Səbail”in yarımmüdafiəçisi Ağabala Ramazanov klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu yenidən “dənizçilər”in sırasına qoşulmasından danışıb:

– 2 ildən sonra yenidən “Səbail” ailəsindəsən. Öncə bununla bağlı təəssüratlarını öyrənmək istərdik. Burada olmadığın müddətdə nələr dəyişib?
– “Səbail”lə bağlı hər zaman müsbət fikirdə olmuşam. Çünki burada çox gözəl günlər yaşamışam. Karyeramın ən yaxşı dönəmlərindən biri idi. Bu komanda ilə məzmunlu oyunlarımız olub. Burada yaxşı qollar vurmuşam. İndi də komandam üçün əlimdən gələnin ən yaxşısını ortaya qoymaq üçün səbirsizlənirəm.

– Azərbaycan futbolunda emosionallığı ilə fərqlənən nadir futbolçulardansan. Burada ilk gəlişində də komanda yoldaşın və ya qol vura bilməyəndə çox əsəbi olduğun hiss edilirdi. Qol olanda isə ən böyük sevinci məhz sən göstərirdin. Bu emosianallıq nədən qaynaqlanır?
– Ümumiyyətlə uduzmağı bacarmayan biriyəm. Uşaqlığımdan bəri hər zaman çalışmışam ki, hansısa bir turnirdə müvafiq cədvəl varsa, mən ilk pillələrdə olum. Oyunda qalibiyyət varsa, onu qazanmaq üçün bütün gücümü ortaya qoyacağam. Özümdən çox hansı komanda yoldaşım daha yaxşı vəziyyətdədirsə, onun qol vurmasını daha çox istəmişəm. Qol olanda sevinmişəm, olmayanda da bir anlıq əsəbləşmişəm. Çalışıram ki, komandam üçün ən yaxşısı nədirsə, onu edim. Çılğınlıq bundan qaynaqlanır.

– “Səbail” tarixində ən çox qol vuran futbolçusan. Bu rekordu qorumaq üçün qarşına hədəflər qoymusan?
– Əlbəttə, bunun üçün çalışacağam. 14 qol elə də çox deyil. Çalışacağam ki, rəqəm daha da artsın. 2 illik müqavilə imzalamışam. Bu müddətdə də ən yaxşısını etmək niyyətindəyəm. Lider olaraq qalmaq istəyirəm.

– Komanda yenidən qurulur. Ab-hava səni qane edir?
– Bəli, komandamızda yeni simalar var. Hazırda ab-hava çox yüksək səviyyədədir. “Səbail” ailəsinə yeni qoşulan legionerlər də tez bir zamanda komandaya uyğunlaşıblar. Biz təcrübəli futbolçuların üzərinə düşən vəzifə həm gənclərə, həm də legionerlərimizə xoş münasibət göstərib, komandamızın uğurları üçün çalışmağı öyrətməkdir. Bu futbolçularla ünsiyyətimizin yüksək səviyyədə olması üçün əlimizdən gələni edəcəyik. Hamımız bir yumruq olub komandamızın uğurları üçün vuruşacağıq.

– Hücum xətti sənin üzərində qurulur deyə bilərik. Ətrafında hansı gənc futbolçuları vurğulaya bilərsən?
– Perspektivli gənclərimiz var. Onlarla birlikdə uğur qazanmaq üçün çalışacağıq.

– Rahid Əmirquliyev və sənin “Səbail”lə bağladığın müqavilərin hər biri eyni zamana təsadüf edib. Səncə, bu təsadüfdür? Unutmayaq ki, ikinizin meydandakı işbirliyi də hər zaman uğurlu alınıb.
– Rahidlə həm meydanda, həm də meydandankənar dostluq münasibətimiz var. İlk dəfə 10 il öncə birlikdə “Xəzər Lənkəran”da çıxış etmişik. Bir-birimizi uzun müddətdir tanıyırıq. Futbol başqadır, bizim dostluğumuz isə bir başqadır. Müqavilə məsələsi isə tamamilə təsadüfdür.

– Azarkeşlər səni yenidən “Səbail” formasında görəcəkləri üçün sevinirlər, həm də buna görə səbirsizlənirlər. “Dənizçilər”in sənə olan gözləntiləri böyükdür. Təbii ki, bu üzərindəki məsuliyyəti daha da artırır. Tərəfdarlara nə demək istəyirsən?
– Azarkeşlərimiz məndən çox şey gözləyir. Mən də onları sevindirmək üçün əvvəlkindən də çox çalışacağam. Müqavilə bağladığım andan üzərimə düşən yükü yaxşı başa düşürəm. Onlar həm məndən, həm də komandadan daha çox qollar tələb edir. Məndən gözləntiləri isə böyükdür. Buraya gəldiyim gündən etibarən bu məsuliyyəti üzərimdə hiss edirəm. Onlar üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Buna əmin olun!

Reklam
blank
Premyer-liqa2022-08-15 10:49

“Kəpəz”in 40-cı uğursuzluğu

blank
Dünya futbolu2022-08-15 10:38

London derbisindən sonra qalmaqal – VİDEO

blank
Ölkə futbolu2022-08-15 10:07

“Qarabağ” – “Viktoriya” matçının hakimləri açıqlandı

blank
Digər idman növləri2022-08-15 09:46

İslamiada: 58 medalla 4-cü

blank
Ölkə futbolu2022-08-15 09:14

Ələskərov “Neftçi”yə qarşı oynayacaqmı?

blank
Ölkə futbolu2022-08-15 09:00

Start darmadağınına fərqli reaksiyalar: Qəbələdə dəstək, Bakıda tələb

blank
Dünya futbolu2022-08-15 02:51

Marsel “Olimpik”i səfərdə xal itirdi

blank
Dünya futbolu2022-08-15 02:27

“Real” yeni mövsümə qələbə ilə başladı

blank
Dünya futbolu2022-08-15 02:15

Paytaxt klublarından uğurlu start

blank
Dünya futbolu2022-08-15 01:52

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2022-08-15 01:42

“Beşiktaş” səfərdən 1 xalla döndü

blank
Dünya futbolu2022-08-15 01:20

London derbisində heç-heçə

blank
Digər idman növləri2022-08-15 00:54

İslamiada: Azərbaycan Türkiyə və Kameruna qarşı

blank
Digər idman növləri2022-08-15 00:42

İslamiada: Qılıncoynadanlardan 3 medal

blank
Milli komanda2022-08-15 00:28

Azərbaycan yığmasının Bakı toplanışı üçün 22 futbolçu

blank
Digər idman növləri2022-08-15 00:20

İslamiada: Azərbaycan üzgüçüsündən gümüş medal

blank
Ölkə futbolu2022-08-15 00:07

Zaur Hacı-Məhərrəmov Avroliqa matçına təyinat aldı

blank
Digər idman növləri2022-08-14 23:53

İslamiada: Azərbaycan yığması 1/4 finalda

blank
Premyer-liqa2022-08-14 23:43

“Neftçi” 3 xalı 5 qolla qazandı – VİDEO

blank
Milli komanda2022-08-14 23:30

Samir Əliyev: “Rəqib bizdən daha üstün və hazırlıqlı idi”

blank
Digər idman növləri2022-08-14 23:22

Azərbaycan gimnastlarından İslamiadada möhtəşəm nəticə

blank
Premyer-liqa2022-08-14 23:09

“Rapid”ə məğlubiyyəti unutmaq asan deyil” – Regekampf

blank
Premyer-liqa2022-08-14 22:51

“Azarkeşlərin istefa tələbi normaldır” – Yaşar Vahabzadə

blank
Ölkə futbolu2022-08-14 22:40

“Qarabağ”ın oyununa ilk gündə 15 min bilet satıldı!

blank
Premyer-liqa2022-08-14 22:22

“Neftçi”dən darmadağın, “Qəbələ”dən inamlı qələbə

blank
Ölkə futbolu2022-08-14 22:14

Hakimlər Komitəsinin sədri Konfrans Liqasına təyinat aldı

blank
Premyer-liqa2022-08-14 22:00

“Hesab bizim üçün o qədər də önəmli deyil”

blank
Premyer-liqa2022-08-14 21:44

“Qəbələ”dən ardıcıl ikinci qələbə – VİDEO

blank
Premyer-liqa2022-08-14 21:30

“Bu, komandanın maksimumu deyil” – Elmar Baxşıyev

blank
Premyer-liqa2022-08-14 21:15

“Neftçi”nin hücumçusu sıradan çıxdı

blank
Dünya futbolu2022-08-15 10:38

London derbisindən sonra qalmaqal – VİDEO

blank
Premyer-liqa2022-08-14 23:43

“Neftçi” 3 xalı 5 qolla qazandı – VİDEO

blank
Premyer-liqa2022-08-14 21:44

“Qəbələ”dən ardıcıl ikinci qələbə – VİDEO

blank
Premyer-liqa2022-08-14 13:00

“Sabah”ın ardıcıl ikinci qələbəsi – VİDEO

blank
Premyer-liqa2022-08-13 23:51

“Səbail” “Turan Tovuz”a da uduzdu – VİDEO

blank
Premyer-liqa2022-08-13 21:50

“Qarabağ”dan Sumqayıtda inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-08-12 22:08

“Çox rahat qollar buraxırıq” – Rəşad Sadıqov

blank
Premyer-liqa2022-08-12 21:47

“Sabah”dan “Zirə” üzərində inamlı qələbə – VİDEO

blank
Ölkə futbolu2022-08-12 10:16

“Rapid” “Neftçi”nin yolunu belə kəsdi – VİDEO

blank
Ölkə futbolu2022-08-11 15:00

“Qarabağ” dünyada bənzəri olmayan hekayəyə sahibdir”

blank
Dünya futbolu2022-08-11 12:00

Renat Dadaşov “Qrasshopper”i məğlubiyyətdən xilas etdi – VİDEO

blank
Dünya futbolu2022-08-11 10:20

“Real”dan “Ayntraxt” üzərində super qələbə – VİDEO

blank
Ölkə futbolu2022-08-10 11:14

“Viktoriya” bu qələbə ilə “Qarabağ”a rəqib oldu – VİDEO

blank
Ölkə futbolu2022-08-10 11:00

“Qarabağ”ın Budapeşt zəfəri – VİDEO

blank
Dünya futbolu2022-08-09 00:40

“Qarabağ”ın Budapeştə səfəri – VİDEO

blank
Premyer-liqa2022-08-08 20:09

“Turan Tovuz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-08-08 19:47

Ayxan Abbasov: “Qırmızı vərəqə planlarımızı pozdu” – VİDEO

blank
Premyer-liqa2022-08-08 19:36

Elmar Baxşıyev: “Stadionlarda fanat sayının çox olmasını istəyirik” – VİDEO

blank
Premyer-liqa2022-08-08 18:50

BÖLGƏ FUTBOLU: 9 illik həsrət bitdi

blank
Ölkə futbolu2022-08-08 17:26

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2022-08-07 22:33

“Sabah”dan “Sumqayıt”a 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2022-08-07 20:38

“Neftçi” yeni mövsümə qələbə ilə başladı – VİDEO

blank
Premyer-liqa2022-08-06 23:16

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

blank
Premyer-liqa2022-08-05 22:28

“Zirə” “Kəpəz”i Premyer Liqada belə “qarşıladı” – VİDEO

blank
Ölkə futbolu2022-08-05 00:27

“Neftçi” – “Rapid” matçında 3 qol – VİDEO

blank
Ölkə futbolu2022-08-04 14:00

“Qarabağ”ın “Ferentsvaroş”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2022-08-03 21:37

Yeqor Boqomolski: “Onunla rəqabət aparmaqdan qorxmuram”

blank
Ölkə futbolu2022-08-03 15:15

“Etopaz”da yeni mövsüm – VİDEO

blank
Ölkə futbolu2022-08-03 14:30

BÖLGƏ FUTBOLU: Gəncədən xoş xəbər də var

blank
Digər idman növləri2022-08-02 20:11

Dünya üçüncüsü olan millimiz vətənə qayıtdı

Gündəm