Digər idman növləri
Şəhriyar 40-cı gedişdə təslim oldu

Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirib. 38 yaşlı qrossmeyster II turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə üz-üzə gəlib. Görüş 40-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb.
Şahmatçımız hazırda 1,5 xalla norveçli Maqnus Karlsenlə ilə birlikdə 8-9-cu yerləri bölüşdürür. Məmmədyarov ilk turda yerli idmançı Aryan Tariyə armageddonda qalib gəlib.
“Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat