Bizi izləyin

Müsahibə

Sərxan Hacıyev: “Məqsəd hər zaman birinci yer uğrunda oynamaqdır”

blank
blank

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev milli komanda ilə Macarıstana yollanan jurnalistlərə müsahibə verib. O, bir çox maraqlı məqamlara toxunub.

– Millinin təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?

– Məlum olduğu kimi, hələ milliyə baş məşqçi təyin olunmayıb. Buna baxmayaraq, biz AFFA olaraq millinin məşq prosesini davam etdiririk. İyunun əvvəlində iki oyun tarixi var idi. Albaniya və Qazaxıstan milli komandaları ilə danışıqlar apardıq və iki yoldaşlıq oyununun keçirilməsi ilə bağlı razılaşdıq. Milli komandaya növbəti rəsmi oyunlara hazırlaşmaq üçün lazımi şərait yaratmaq üçün çalışdıq. Albaniyaya qarşı matçda komandamız yaxşı təsir bağışladı. Tablodakı hesab meydandakı oyuna uyğun deyildi. Əlbəttə ki, nəticə yadda qalır. Amma gənc futbolçular özlərini yaxşı tərəfdən göstərdi. Hazırlıq prosesi yaxşı səviyyədə davam edir. Növbəti yoldaşlıq oyunu Qazaxıstan millisinə qarşı olacaq. Futbolçularımız yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcək. Lakin bu, yoldaşlıq oyunudur. Hər birimiz anlayırıq ki, burada əsas olan nəticə yox, hazırlıqdır.

– Yeni baş məşqçinin qarşısına hansı tələb qoyulacaq?

– Bir neçə gün öncə AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Orada baş məşqçi məsələsi müzakirə olundu. Yaxın zamanda baş məşqçi ilə bağlı açıqlama veriləcək. Açıqlama veriləndə dediyiniz məsələyə də aydınlıq gətiriləcək. Reallıqlar var. Amma məqsəd hər zaman birinci yer uğrunda oynamaqdır. Lakin bundan da qlobal məsələlər var. Əsas məsələlər komandanı növbəti illər üçün hazırlamaqdır və aşağı yaş qruplarına nəzarət etməkdir.

– Vladimir Vayss Bakıya gəlmişdi? Əgər gəlmişdisə, onunla niyə anlaşma əldə olunmadı?

– Adlarla bağlı detallı açıqlama vermək istəməzdik. Çünki konfidensiallıq məsələləri var. Amma təsdiq edə bilərəm ki, Vladimir Vayss Azərbaycanda olmayıb.

– Yeni baş məşqçi ilə uzunmüddətli müqavilə imzalanacaq?

– Bu da konfidensiallığa aid məsələdir. Yaxın günlərdə detallı şəkildə hər şey qeyd olunacaq.

– Danışıq apardığınız və ya müzakirə etdiyiniz şəxslər arasında yerli mütəxəssislər var?

– Baş məşqçi ilə bağlı istənilən məsələni hazırda gizli saxlamalıyıq.

– “İrəvan” klubunun fəaliyyəti dayandırılacaq?

– Bu komanda reqlamentə əsasən II Liqaya salınıb. “İrəvan”ın AFFA bayrağı altında keçirilən turnirlərdə fəaliyyətini davam etdirməsi ilə bağlı məsələyə İcraiyyə Komitəsisnin iclasında baxılacaq. Əlbəttə ki, mövsüm ərzində xoşagəlməz hallar az olmayıb. Bu hallar nəzərə alınacaq.

– Qurban Qurbanov İcraiyyə Komitəsinin iclasından sonra bildirdi ki, I Liqa klubarının infrastrukturunun yaxşılaşdırılması üçün AFFA addımlar atacaq. Hansı klublara yardım olunacağı bəllidir?

– Bu məsələ müzakirə olunub. Lakin detallı olaraq hansı stadionun, infrastrukturun yaxşılaşdırılması, yenidən qurulması dəqiq olaraq müzakirə olunmayıb. Qərar verməzdən əvvəl təhlil aparılmalıdır. Təhlillərin nəticəsi İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Bunlar maliyyəyə, AFFA-nın büdcəsinə bağlı olan məsələlərdir.

– Canni de Byazi ilə görüşünüz oldu?

– Bəli, Albaniya ilə oyunumuzda idi. Matça eyni məkandan baxırdıq. De Byazini Albaniya Futbol Federasiyası dəvət etmişdi. Oyundan əvvəl də, sonra da danışıqlarımız oldu. Oyunla bağlı öz fikrini bildirdi. O da dedi ki, matçın nəticəsi oyuna görə deyildi. Əlavə etdi ki, son zamanlarda çox vaxt belə olurdu. Komandanın oyunu ilə bağlı fikri müsbət idi.

– Dövlətin Premyer Liqa klublarına illik ayrıdığı 3 milyon manat artırılacaq?

– Məbləğin 4 milyon manat olması ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Hazırda olan məlumata görə, 3 milyon manat olduğu kimi qalır, artırılması nəzərdə tutulmur.

– “Xəzər Lənkəran”ın stadionunun milli komandanın oyunu üçün təmir olunması ilə bağlı xəbərlər var. Bu, nə dərəcədə realdır?

– Biz də bu məlumatı mətbuatdan öyrənmişik. Lakin həqiqəti əks etdirmir. Hazırda belə bir məsələ nəzərdə tutulmayıb.

– COP29 dövründə millinin ev oyunları harada keçiriləcək?

– Həmin dövrə Estoniya ilə oyun düşür. Bu məsələni Estoniya Futbol Federasiyasının rəhbətliyi ilə də müzakirə etmişik. Daxildə də müzakirələr gedir. Hazırda konkret qərar yoxdur. UEFA ilə də danışıqlar gedir. COP29 irimiqyaslı tədbirdir. Oyunu Bakıda keçirmək real görünmür.

– Biz səfərdə oynayacağıq?

– Oyunların yerini dəyişmək məsələsi var idi. Lakin Estoniya tərəfi hava şəraitinə görə bunun onlara uyğun olmadığını bildirdi.

– Alternativ nədir?

– Hazırda müxtəlif yöndə danışıqlar gedir. Ola bilər ki, matç Azərbaycanın digər şəhərində keçirilsin. Xüsusi icazə ilə Bakıda və ya yaxın ərazilərdən birində keçirilmək də müzakirə olunur. Hələ ki, danışıqlar davam edir.

ƏZİZ

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-12 02:09

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Dünya futbolu2024-07-12 01:44

Konfrans Liqası: Gürcüstan klublarından uğursuz nəticə

blank
Dünya futbolu2024-07-12 01:20

Avroliqada ilk oyunlara yekun vuruldu

blank
Ölkə futbolu2024-07-12 00:07

“Sumqayıt”ın rəqibi yoxlama matçında darmadağına sevindi

blank
Ölkə futbolu2024-07-11 23:46

“Bu, bizdə uğurlu alındı” – Rəşad Sadıqov

blank
Ölkə futbolu2024-07-11 23:37

“Zirə” sadə bir vəziyyətdə qapımıza yol tapdı” – “Şerif”in baş məşqçisi

blank
Ölkə futbolu2024-07-11 22:57

“Zirə” “Şerif”ə səfərdə qalib gəldi

blank
Dünya futbolu2024-07-11 22:44

Türkiyə Super Kubokunun keçiriləcəyi tarix və məkan açıqlandı

blank
Dünya futbolu2024-07-11 22:30

Super Liqada yeni mövsümün püşkü atıldı

blank
Ölkə futbolu2024-07-11 21:12

Azərbaycan güləşçiləri Avropa çempionatlarında 80 medal qazanıblar

blank
Ölkə futbolu2024-07-11 20:57

Azarkeşlərdən “Neftçi” rəhbərliyinə haqlı xəbərdarlıq – kluba hörmətsizlik unudulmamalıdır!

blank
Ölkə futbolu2024-07-11 20:47

“Qarabağ”ın müdafiəçisi: “Komandamızın daxilində əla əhval-ruhiyyə var”

blank
Ölkə futbolu2024-07-11 20:32

“Qarabağ”ın yoxlama görüşlərindəki növbəti rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2024-07-11 20:16

“Kəpəz” ispaniyalı oyunçu transfer etdi

blank
Ölkə futbolu2024-07-11 20:00

“Qəbələ”də məşqçi istefası

blank
Ölkə futbolu2024-07-11 19:38

“Səbail” Türkiyə klubuna məğlub oldu

blank
Digər idman növləri2024-07-11 19:19

Yığmamız AÇ-nin yarımfinalına vəsiqə qazandı

blank
Dünya futbolu2024-07-11 19:00

Kolumbiya millisinin kapitanından Amerika Kubokunda yeni rekord

blank
Milli komanda2024-07-11 18:41

Millimizin Lüksemburqla səfər matçının yeri müəyyənləşdi

blank
Ölkə futbolu2024-07-11 18:25

Radoviç “Sumqayıt”da

blank
Digər idman növləri2024-07-11 18:04

Formula 1-də sprintlərin siyahısında dəyişiklik edildi

blank
Dünya futbolu2024-07-11 17:50

Millidə klubdan daha yaxşı oynayanlar

blank
Digər idman növləri2024-07-11 17:35

Yayım hüququ 76 milyarda satılır

blank
Dünya futbolu2024-07-11 17:17

ABŞ millisi Kloppa təklif edildi

blank
Dünya futbolu2024-07-11 16:59

“Atletiko” yeni formasını təqdim etdi

blank
Müsahibə2024-07-11 16:44

Zubir: “Fransa və Səudiyyə Ərəbistanından təklifim var idi”

blank
Digər idman növləri2024-07-11 16:29

Keçmiş prezident millinin oyununu izlədi

blank
Digər idman növləri2024-07-11 16:15

Son 6 mövsümün MVP-si Olimpiadada olacaq

blank
Digər idman növləri2024-07-11 16:00

Stolüstü tennisçilərimiz Avropa çempionatında mübarizə aparacaq

blank
Ölkə futbolu2024-07-11 15:43

“Neftçi” Super Liqada çıxış edən klublarla qarşılaşacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm