Bizi izləyin

Dünya futbolu

Səudiyyə Ərəbistanının FUTBOLDAN BÖYÜK qələbəsi

blank
blank

Birmənalı, mundialın ilk günlərində ən böyük sensasiyadır. Qarşıdakı matçlarda belə hallar yaşanmasa, bu oyun çempionata öz damğasını vuracaq. Gözlənilməz nəticə alınsa da, təsadüfi  deyildi. Müasir futbolun elementlərini özündə birləşdirən, böyük əziyyətlə qazanılan layiqli qələbədir!

İlk dəqiqələrdən hiss olunurdu, Səudiyyə Ərəbistanı ən azı üç komponentdə çempionatın favoritlərindən biri sayılan Argentinanı üstələyirdi. Fiziki, psixoloji hazırlıq və buna uyğun cəsarətli taktiki quruluş, fantastik komanda oyunu, intizam, xətlərarası əlaqə, sinxronluq, futbolçuların bir-birilərini vaxtında sığortalaması, meydanda hər qarış uğrunda sona kimi mübarizə…

Argentina millisi görüşə heç də başdansovdu yanaşmamışdı. Başlanğıcda ən böyük səhv, VAR-ın axtarıb tapdığı şablon penalti hədiyyəsindən sonra oyunun tempini aşağı salmaları oldu ki, rəqib hakim haqsızlığından sonra sarsılsa da, özünə gəlməyə vaxt qazandı. Qoldan sonra argentinalılar ruhən oyunu bitmiş saydılar…

Matçdan nisbətən qopan, az enerji ilə qələbəni təmin etmək istəyən cənubi amerikalılar ərəblərin qarşılaşmaya necə kökləndiyini unutmuşdular. Müasir futbolda rəqibin digər keyfiyyətləri yerindədirsə, heyətində Messi olsa belə, tək texniki ustalıqla nəticəni təmin etmək mümkünsüzdür!

Futbolçularla birgə qələbənin əsas memarı baş məşqçi Renadır. Kağız üzərində qorxunc rəqibə qarşı oyunçuları bu səviyyədə hazırlamaq, taktiki quruluşuna, fəlsəfəsinə inandırmaq böyük futbol biliyi, təhlil qabiliyyəti, qorxmazlıq, inanılmaz özünəinam, fədakarlıq tələb edir…

Futbol qaydalarında dəyişikliklərədən sonra “süni ofsayd” anlayışı çoxdan tarixin yaddaşına köçüb. Günümüzdə bunu həyata keçirmək üçün müdafiədə futbolçuları “pleysteyşen” kimi oynatmağı bacarmalısan və oyunçularına inanmalısan…

İstənilən halda, texnoloji futbolun dinamikasına uyğun deyil, çox riskli addımdır və qarşıdakı görüşlərdə rəqiblər taktiki gedişlərlə cinahlardan, hücum və mərkəzdən yayındırıcı gedişlərlə qapını “aşsüzənə” çevirə bilərlər. Argentina buna hazır deyildi və  tez-tez “tələyə” düşürdü.

Ərəblər kapitanlarını itirdikdən sonra da “sınmadılar”, fasilədə edilən korrektələrlə layiq olduqları qollarını vurdular. Ən önəmlisi, Səudiyyə Ərəbistanı təmsilçiləri zərrə qədər də qarşısındakı top-futbolçulardan çəkinmirdilər…

Baş məşqçilərinin əsas uğuru görüşün sonuna 15-20 dəqiqə qalmış zərgər dəqiqliyi ilə edilən əvəzetməsi ilə 4-lüdən 5-li müdafiəyə keçməsi oldu. Bilirdi ki, finişdə əzəmətli Argentinanın basqısı son həddə çatacaq…

Səudiyyə Ərəbistanı tək Argentinaya gücünü göstərmədi, VAR-la birgə Atlantik okeanı sahillərinə açıq simpatiya göstərən baş hakim üzərində də qələbə qazanmış oldu. Belə tempdə davam etsələr, minimum qrupu adlaya bilərlər…

Mundialın Qətərdə keçirilməsi birmənalı qarşılanmır. Təbii, ölkənin kiçik olması, ilqim şərtləri, əhali sayı və s. amillər müzakirə obyekti ola bilər. Obyektiv, subyektiv fikirlərlə yanaşı antitəbliğat aşırı dərəcədədir. Nə qədər deyilsə də ki, futbol siyasətdən, dini ayrıseçkilikdən uzaqdır, reallıqda fərqli mənzərə yaranır…

Dünyada “təbliğat maşını”nın əl-ayağa düşməsi, əsas səbəb – İslam dünyasına olan qəzəbdir. İllərlə formalaşdırılmış “müsəlman baskəsən” obrazı, mifi dağılmaqdadır. Dünya şahidlik edir, kiçik bir müsəlman ölkəsi yüksək səviyyədə, planetar maştabda mundial təşkil edir… Və bu, bir ay ərzində hər gün davam edəcək, müsəlman dünyası hər evdə qonaq olacaq…

Xərclənən 200 milyard dollardan çox vəsait yanlış olaraq çox müzakirə edilir. Xərclənmiş maliyyənin 15-20%-i futbolyönümlüdür. FİFA-nın çox sərt təşkilati tələbləri var. Qətər dövləti mundialdan istifadə edərək bütün ölkəni yenidən qurdu. Stadionlarla yanaşı infrastruktur yeniləndi, hava limanları, metro, otellər, yollar, hətta yeni şəhər salındı. Bunlar ölkənin inkişafını, gələcəyini təmin edir…

Qətərdə vaxtilə Cənubi Afrika ölkəsində keçirilmiş dünya çempionatı kimi özbaşınalıqlar, oğurluq, digər ciddi problemlər heç vaxt yaşana bilməz! Futbol böyük qüvvədir!

Dünya çempionatları hər dəfə unudulmaz hadisəyə çevrilir, planetin hər yerində maraqla, kütləvi şəkildə izlənilir, tək futbol adına deyil, fərqli mədəniyyətlər bir-birinə qarışır, özlərini göstərmək şansı qazanırlar. Bu gün Qətər tək özünü yox, bütün İslam dünyasını təmsil edir…

Müsəlman aləminin yeni mərhələyə qədəm qoyması, dünyada daha üst səviyyədə layiqli yerini tutması üçün xərclənən milyardlar mənəvi olaraq tam olaraq özünü doğruldacaq! Açılış oyununda “yanan” Qətər, Seneqalın məğlubiyyəti, daxili vəziyyətə etiraz edən İran futbolçuları fonunda islam/müsəlman dünyasının futbol mədəniyyəti sarsılmışdı, Səüdiyyə Ərəbistanı qazandığı möhtəşəm və layiqli qələbəsi ilə bu inamı qaytarmış oldu!

TAHİR SÜLEYMANOV, beynəlxalq dərəcəli hakim, futbol mütəxəssisi

blank
Reklam

Reklam


blank
Digər idman növləri2022-12-02 13:03

“Vüqar Həşimov Memorialı-2022”-nin daha iki iştirakçısı açıqlandı

blank
Ölkə futbolu2022-12-02 12:49

“Sabah” özünə baza tikməyə hazırlaşır

blank
Dünya futbolu2022-12-02 12:38

Almaniya prezidentindən milli komandaya dəstək

blank
Ölkə futbolu2022-12-02 12:09

Yüksək Liqada X turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2022-12-02 11:44

Dünya çempionu olduqdan sonra cəmi 3 qələbə

blank
Milli komanda2022-12-02 11:20

“Enrike bu turniri qazana bilsə, çox sevinərəm” – De Byazi

blank
Dünya futbolu2022-12-02 11:05

Bahalı mundialın maraqlı yenilikləri: texnologiya damğa vurur

blank
Dünya futbolu2022-12-02 10:50

DÇ-2022: FİFA Seneqal Futbol Federasiyasını cərimələdi

blank
Dünya futbolu2022-12-02 10:34

Yaponiyadan antirekord, Rodridən rekord

blank
Dünya futbolu2022-12-02 10:08

Müller Almaniya millisindəki karyerasını başa vurdu

blank
Dünya futbolu2022-12-02 09:56

DÇ-2022-də qrup mərhələsinə yekun vurulur – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-02 09:42

Noyer rekordçu, Morata şərik oldu

blank
Premyer-liqa2022-12-02 09:30

“Neftçi” “Qarabağ”a qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-02 09:28

Belçika yalnız DÇ-30-a görə şükür edir

blank
Dünya futbolu2022-12-02 09:14

Almaniya qrupda qalmağa adət edir

blank
Ölkə futbolu2022-12-02 09:00

“Səbail”, Kerjakova nə gərək var?

blank
Digər idman növləri2022-12-02 01:44

“Murov” Niderland klubuna ilk oyunda məğlub oldu

blank
Premyer-liqa2022-12-02 01:15

“Neftçi” – “Qarabağ” matçının hakimləri bəlli oldu

blank
Ölkə futbolu2022-12-02 00:56

DÇ-2022: Almaniya dayandı, Yaponiya və İspaniya 1/8 finala çıxdı

blank
Ölkə futbolu2022-12-01 23:58

“Neftçi” “Qarabağ”la oyuna hazırlığı başa vurdu

blank
Ölkə futbolu2022-12-01 23:05

“Neftçi”də yeni rəhbərlik: SOCAR prezidenti, təhsil naziri və başqaları var

blank
I Divizion2022-12-01 22:47

“Araz Naxçıvan” Premyer Liqaya gəlməyəcək: sponsorlar geri çəkildi

blank
Dünya futbolu2022-12-01 22:35

Messi yeni müqaviləyə razılaşdı

blank
Dünya futbolu2022-12-01 22:20

“Hətta dünya çempionluğu da qərarıma təsir etməyəcəkdi”

blank
Ölkə futbolu2022-12-01 22:04

“Neftçi”də hesabat günü

blank
Dünya futbolu2022-12-01 21:53

Belçika millisi baş məşqçisiz qaldı

blank
Dünya futbolu2022-12-01 21:39

UEFA “Yuventus” haqda araşdırmaya başladı

blank
Dünya futbolu2022-12-01 21:28

Afrikalılardan yeni rekordlar

blank
Dünya futbolu2022-12-01 21:19

Salvador kimi Kanada

blank
Digər2022-12-01 20:37

Gələn il Azərbaycanda 57 turnir keçiriləcək

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-11-06 18:17

“Səbail” “Sabah”a belə məğlub oldu – VİDEO

Facebook

Gündəm