Kapitan Ağabala Ramazanovla “Səbail” arasında müqavilənin müddəti başa çatıb.

Futbolinfo.az xəbər verir ki, klub kapitana bu günə kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Ramazanov karyerası ərzində 2 dəfə – 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb. O, bu matçlarda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp