Bizi izləyin

Ölkə futbolu

“Səbail”, Kerjakova nə gərək var?

blank
blank

“Səbail” son bir neçə mövsümdə Aftandil Hacıyevin başçılığı altında öz yağında qovrulurdu. Komandanın onun başçılığı altında avrokuboklar uğrunda mübarizə apardığı, ora düşdüyü vaxt da olub, çempionatda sonuncu pilləni tutduğu da.

Amma komandanın uğusuz olduğu vaxtlarda belə heç kim bunu Hacıyevin səriştəsizliyi kimi qələmə verməyib. Çünki problem heyətlə, büdcəylə bağlı olub. Uğursuz, yetərsiz heyəti dağıdıb iddianı artırmaq üçün yeni qvardiyanı formalşadırmaq lazım gələndə Hacıyev “Səbail”ə lazım olmadı. Söhbət heç də Aftandil bəyin iddialı komandanı çalışdıra bilməyəcəyindən getmir. Sadəcə, yenicə müqavilə müddətini yeniləyən tərəflər heyəti formalaşdırmaqla bağlı məsələdə razılığıa gələ bilməyincə, vidalaşmaq qərarına gəldilər.

Nəticədə “Neftçi-2”-ni birinci dəstənin qalibi edən Mahmud Qurbanova dəvət göndərildi. Amma ötən turlar göstərdi ki, Qurbanov ümidləri doğrulda bilmir. Deyilənələrə görə, “dənizçilər” gəminin sükanını rusiyalı Aleksandr Kerjakova vermək istəyir. Klub bu xəbəri tələsik təkzib etdi, amma Kerjakov özü Rusiya mətbuatına başqa şeylər danışıb.

Bəli, söhbət müasir Rusiya futbolunun tanınan simalarından olan sabiq futbolçudan gedir. Görünür, klub rəhbərliyi “Sabah”da Murad Musayevin fəaliyyətini görüb iştaha düşüb. Bu sövdələşmənin baş tutub-tutmayacağını söyləyə bilmərik, amma Kerjakovun karyerasına nəzər salmaq, heç də pis olmazdı. Görəsən, onu Azərbaycana gətirməyə dəyərmi?

Aleksandr Kerjakov 1982-ci il noyabrın 27-də Leninqrad vilayətində yerləşən Kingisepp şəhərində anadan olub. Sabiq hücumçu yetirməsi olduğu “Zenit”in heyətində uzun illər keçirib və ölkə daxilində həm komandayla, həm də fərdi planda mümkün bütün mükafatları qazanıb.

Maraqlıdır ki, Kerjakov Sankt-Peterburq klubunun tarixində ən böyük iki uğurun – 2008-ci ildə UEFA Kuboku və Superkubokunun qazanılmasında pay sahibi olmayıb. Çünki 2006-08-ci illərdə legioner həyatı yaşayıb və İspaniyanın “Sevilya” klubunda çıxış edib.

Artıq 9 ildir “100-lər klubu”nun lideri və Artyom Dzyuba ilə birgə yığmanın ən yaxşı iki bombardirindən biri olan Aleksandrın məşqçi karyerası necə alınıb?

2017-ci ilin yayında “Zenit”in yeniyetmə komandalarının koordinatoru təyin olunan Kerjakov ardınca Ali məşqçilər məktəbinə daxil oldu. Növbəti ilin martında artıq 17 yaşlılardan ibarət millinin məşqçilər korpusunda yer alan Aleksandr, nəhayət, sentyabrda solo karyerasına başladı. Rusiyanın U-18 yığması onun başçılığı altında 9 ay ərzində yalnız yoldaşlıq matçlarında qüvvəsini sınadı. Komanda heç də yaxşı başlamadı və ilk 9 matçda 7 dəfə uduzdu. Amma sonrakı 8 oyunda qazanılan 7 qələbə Kerjakovun postunda möhkəmləsinə gətirdi. Çalışdırıcı həmin futbolçularla, lakin artıq U-19 millisiylə seçmə mərhələdə Polşa ilə Kosovonu qabaqlamaqla və yalnız Uelsi özündən irəli buraxmaqla elit-raunda vəsiqə qazandi. Buna baxmayaraq, bu turnirdə komandanı çalışdırmaq ona qismət olmadı.

Kerjakov 2020-ci ilin sentyabrında 1-ci divizionda mübarizə aparan “Tom”un təklifini qəbul etdi. Tomsk klubu həmin mövsümə olduqca uğursuz start götürdü və 11 turdan sonra topladığı 3 xalla sonuncu – 22-ci pilləni tutdu. Kerjakov sona qədər çalışsa da, “Tom”u liqada saxlaya bilmədi: vəzifəsinin öhdəsindən gəlmək üçün sonda cəmi 1 xal çatmadı!

Maraqlı məqam: Kerjakov gəlişindən sonra ilk 5 turda üçlü, növbəti 13 matçda isə dördlü müdafiə sistemindən istifadə etdi. Amma komandanın 4 müdafiəçi ilə mübarizə apardığı 8 oyunda 6 məğlubiyyəti məşqçinin qəti fikir formalaşdırmasına gətirdi. Belə ki, Kerjakov mövsümün sonuna qədər bir daha 3 müdafiəçinin olduğu sistemdən əl çəkmədi.

“Tom” onun gəlişindən sonra topladığı xallara görə 1-ci liqada 13-cü oldu. Ancaq bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Komanda bunu heç də hücumun deyil, güclü müdafiənin sayəsində bacardı. Artıq peşəkar statusunu itirən Tomsk klubu Kerjakovun başçılığı altında 31 matçda cəmi 29 qol vurdu və bu göstəriciyə görə yalnız 17-18-ci oldu! Əvəzində isə bu görüşlərdə cəmi 34 top buraxdı. Bu isə liqanın həmin müddətdə 11-ci göstəricisi oldu! Kerjakov mövsümün sonunda rəhbərliyə və futbolçulara hər şeyə görə təşəkkür etsə də, komandadan, belə desək, maksimumu sıxdığını və orada qalmaq istəmədiyini bildirdi. Çox güman ki, məsələ “Tom”un zəif maliyyələşdirilməsində oldu.

Kerjakov ötən ilin yayında Premyer Liqanın debütantı “Nijni Novqorod”un “sükanı arxasına keçdi”. Komandadan gözləntilər əvvəlcədən böyük olmadı. Təcrübəsiz “şəhərlilər”in elitadakı startı hamını yaxşı mənada şoka saldı: ilk 3 turda “Soçi” ilə “Spartak” üzərində qələbələr və ümumilikdə 7 xal. Düzdür, “Nijni Novqorod” yekunda yalnız 11-ci olub, ancaq bunu gənc məşqçinin uğuru saymaq olar.

Birincisi və ən əsası ona görə ki, “şəhərlilər” “Tranfermarkt” saytının məlumatına əsasən ən ucuz (13,25 milyon avro) heyətlə “Rubin”, “Ural”, “Arsenal” kimi komandaları qabaqlamaqla elitada yerini qorudu!

İkincisi, eynilə “Tom” kimi “Nijni Novqorod” da Kerjakovun başçılığı altında müdafiədə sevindirdi və 30 oyunda qapısında cəmi 39 top gördü. Bu, həmin mövsüm Premyer Liqanın 8-9-cu göstəricisi oldu. Hətta “Dinamo”, “Spartak” və “Rostov” bu mənada debütantdan geri qaldı!

Üçüncüsü, bəzi futbolçular məhz Kerjakovun başçılığı altında Premyer Liqada adından söz etdirdi. İlk növbədə yarımmüdafiəçi Nikolay Kalinski (8 qol + 4 ötürmə) və müdafiəçi Kirill Qotsuk (3 qol + 2 ötürmə).

Dördüncüsü, “Nijni Novqorod”ın standart vəziyyətlər zamanı inamlı oyunu. Komanda bu mənada buraxılan toplara görə yalnız çempion “Zenit”dən geri qaldı: piterlilər 2, “şəhərlilər” isə 3 qol buraxdı.

Kerjakov mövsüm boyunca üçlü müdafiə sisteminə güvəndi. Komanda 11 matçda qapısını toxunulmaz saxladı. Bu, həmin mövsümün 4-7-ci göstəricisi oldu.

Düzdü, mənfi tərəfləri də qeyd etmək olar. Məsələn, “Nijni Novqorod” mövsümün birinci yarısında topa sahibolma, pressinq intensivliyi, meydanın rəqibə aid hissisəndə topu ələ keçirmə planında axırıncı – 16-cı yeri tutdu. “Futbol ili”nin ikinci hissəsində vəziyyət bir qədər düzəldi. “Şəhərlilər” sadaladığımız 3 parametr üzrə uyğun olaraq 15, 14 və 12-ci oldu.

Və indi bu məşqçini Azərbaycana gətirmək istəyirlər. Əcəba, niyə? Heç bir uğuru olmayan rusiyalını əcəbi olduğu üçün normal imkanı olan klubumuza calaq etmək nəyə lazımdı? Özümüzdə 50-dən çox “Pro” kateqorialı məşqçi var və ən zəifi elə Kerjakov kimi işləyə bilər. Futbolçu karyerasına sözümüz yoxdu, lakin məşqçi Kerjakov “Səbail”in ən böyük səhvi olar.

FƏRİD

P.S.: Kerjakovun yaxşı menecer çevrəsinin olduğu bəlli olur. Onu kimlərsə Azərbaycana “yeritmək” üçün dəridən-qabıqdan çıxır. Samir Abasovdan əvvəl “Sumqayıt”a gəlmək variantı var idi, indi də “Səbail”də laxlayan kreslo görüblər.

Reklam

Reklam


blank
Ölkə futbolu2024-01-24 16:46

Bakıda UEFA-nın məşqçi kursunun I modulu başlayıb

blank
Ölkə futbolu2024-01-24 16:30

Növbəti Polşa səyyahı: Rahilin komandasının Avropada ən böyük uğuru “Kəpəz”i məğlub etməsidir

blank
Əvəzedicilər2024-01-24 16:14

Əvəzedicilərin yarışında bir oyun təxirə salındı

blank
Ölkə futbolu2024-01-24 15:41

“Hədəfimiz Super Liqadır” – Ramil Şeydayev

blank
Ölkə futbolu2024-01-24 15:23

“Qarabağ”ın futbolçusu Rusiya klublarının diqqətində

blank
Digər idman növləri2024-01-24 15:07

Kanadada 263 saatlıq hokkey oyunu

blank
Dünya futbolu2024-01-24 14:50

Ten Haq daha bir həmyerlisini istəyir

blank
Digər idman növləri2024-01-24 14:33

Atıcılarımız Dünya Kubokunda çıxış edəcəklər

blank
Ölkə futbolu2024-01-24 14:15

“Araz-Naxçıvan”da antidopinq maarifləndirmə seminarı

blank
Ölkə futbolu2024-01-24 14:00

Hakimlərin damğa vurduğu tur

blank
Premyer-liqa2024-01-24 13:46

Premyer Liqanın 20-ci turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-01-24 13:31

Yığmamızın qran-priyə gedəcək heyəti açıqlandı

blank
Ölkə futbolu2024-01-24 13:17

Vurduğu qol Seyidovu həvəsləndirib

blank
Digər idman növləri2024-01-24 13:00

AVF prezidenti bölgələrdən seçilmiş yeniyetmə voleybolçularla görüşüb

blank
Dünya futbolu2024-01-24 12:46

“Liverpul”un zədəli futbolçusu sıraya döndü

blank
Dünya futbolu2024-01-24 12:32

“Mançester Yunayed” daha bir futbolçusunu icarəyə göndərdi

blank
Dünya futbolu2024-01-24 12:17

Rafa Mir Turinə köçür

blank
Dünya futbolu2024-01-24 12:02

Baş tutmayan transferlər: Prosineçkinin uzun çənəsi, Kipianinin ayağının sındırılması…

blank
Dünya futbolu2024-01-24 11:47

Millinin baş məşqçisi istefaya göndərildi

blank
Ölkə futbolu2024-01-24 11:31

“Zirə” və “Birbaşa Bakı” 7 cavabsız qolla qalib gəldilər

blank
Dünya futbolu2024-01-24 11:12

Deşam Makronun arvadına cavab verdi

blank
Digər idman növləri2024-01-24 10:55

Los-Anceles derbisində “Klippers” qalib oldu

blank
Digər idman növləri2024-01-24 10:38

“Anadolu Efes” – “Makkabi” oyununun yeri dəyişdirilir

blank
Digər idman növləri2024-01-24 10:19

“Dream team”in bəzi adları açıqlandı

blank
Ölkə futbolu2024-01-24 10:01

Mövsümün ən kasad turu

blank
Müsahibə2024-01-24 09:48

Diniyev avrokuboka vəsiqə istəyir: “Yəqin hansısa nüans var ki, penalti təyin edilməyib”

blank
Dünya futbolu2024-01-24 09:14

“Qarabağ”ın rəqibi finalda

blank
Digər idman növləri2024-01-24 08:49

Azərbaycan klubu amerikalı voleybolçu ilə müqavilə bağladı

blank
Ölkə futbolu2024-01-24 08:32

Bolqar hücumçu Azərbaycanı tərk edir

blank
Digər idman növləri2024-01-24 08:15

Qazyumov hazırlıqdan razıdır: “Güləşçilərimizdən yüksək nəticələr tələb olunur”

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm