Müdafiəçi Vüqar Həsənovla “Səbail” arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu futbolçusunu heyətdə saxlamağa ehtiyac duymayıb.

Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Bakı təmsilçisi bunadək Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə, Cabir Əmirli, Süleyman Əhmədovla müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp