Ölkə futbolu
“Səbail” və “Sabah”ın sabiq üzvü Qriqorçukun komandasında
Azərbaycanda “Səbail” və “Sabah” komandalarının formalarını geyinmiş konqolu futbolçu Kevin Kubemba özünə yeni iş yeri tapıb.
Futbolinfo.az xəbər verir ki, o, bundan sonra Ukraynanın “Çernomorets” komandasının uğurları üçün çalışacaq.
Bu barədə Odessa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Təcrübəli forvard Premyer Liqa klubuna azad agent kimi transfer olunub.
Hazırda “Çernomorets”ə “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk rəhbərlik edir.
Kubemba 2018-2019-cu illərdə “Səbail”in, 2019-2021-ci illərdə isə “Sabah”ın şərəfini qoruyub.
- Premyer-liqa2024-01-29 09:59
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Premyer-liqa2024-01-28 19:23
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
- Ölkə futbolu2024-01-29 08:00
“Qarabağ”ın izləyicisi yenə dəyişdi, xal fərqi 15-ə çatdı
- Milli komanda2024-01-29 10:40
Vaqif Cavadov milli komandaya təyinat alacaq