“Səbail” yeni mövsümün planlarını cızır. Bayıl təmsilçisi indidən yayda edəcəyi transferləri dəqiqləşdirib.

Futbolinfo.az xəbər verir ki, “dənizçilər” əsas diqqəti yerli futbolçuların düşərgəyə cəlb edilməsinə yönəldib. Komanda bir sıra futbolçularla indidən razılıq əldə edib.

“Qəbələ”dən Məqsəd İsayevi geri qaytarmağı düşünən “Səbail”, “Zirə”dən Coşqun Diniyev və Sərtan Taşkını rənglərinə bağlayacaq. “Kəpəz”də oynayan Fərid Nəbiyev də yeni mövsümə Bayıl təmisilçisində başlamağa razılıq verib.

Shares: