Ölkə futbolu
“Səbail”in yeni təlim-məşq bazasının açılışı oldu
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə “Səbail” klubunun Xaçmaz rayonunda yaradılan təlim-məşq bazasının açılışı olub.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baza oyunçuların ustalıq səviyyəsinin artırılması məqsədi ilə istifadəyə verilib.
ASCO və “Səbail” rəhbərliyi yeni təlim-məşq bazası və burada yaradılan şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib, bütün komanda üzvlərinə uğurlar arzulayıblar. Burada ilk olaraq uşaqların hazırlıq prosesinə start verilib.
Müasir standartlara cavab verən təlim-məşq bazasında müxtəlif idman oyunların keçirilməsi üçün qum üzərində meydança ilə yanaşı, yeməkxana, oyunçuların gecələməsi üçün yenilənmiş koteclər də fəaliyyət göstərir.
- Dünya futbolu2024-01-20 19:57
İsgəndərli Türkiyədə ilk qələbəsinə sevindi
- Premyer-liqa2024-01-20 12:00
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-20 11:15
“Qarabağ” irəliləyib, “Neftçi” və “Sabah” geriləyiblər
- Premyer-liqa2024-01-21 08:28
Fasiləyə Masazırda yekun vurulur: “Neftçi” “Sabah”a qarşı